Nəvainin Qazaxıstana girişi qadağan edilməyib
Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.
Xəbər verdiyimiz kimi, Qazaxıstanda narkotikə görə həbsdə olan “Navai” ləqəbli azərbaycanlı reper Nəvai Bəkirovla bağlı cinayət işinə xitam verilərək sərbəst buraxılıb.
Axşam.az-ın məlumatına görə, narkotik vasitələrlə bağlı iş üzrə saxlanılan reper artıq Moskvaya qayıdıb. Rusiya mətbuatında onun Qazaxıstana girişinə 5 il müddətinə qadağa qoyulduğu barədə məlumatlar yayılsa da, Jambıl vilayətinin Polis Departamenti bu xəbəri təkzib edib.
Departamentdən bildirilib ki, reperin ölkəyə girişinə 5 illik qadağa qoyulması ilə bağlı məlumat həqiqəti əks etdirmir.
Reperin vəkili Rəna Kərimovanın sözlərinə görə, narkotik vasitələrin qaçaqmalçılığı şübhəsi ilə saxlanılan, lakin məhkəmə prosesinə qədər işi yekunlaşan Nəvainin Qazaxıstana girişinə qadağa qoyulmayıb. Bundan əlavə, sənətçi konsertlər vermək üçün Qazaxıstana qayıtmağı planlaşdırır:
"O, geri qayıdacaq. Deportasiya yoxdur".
Qeyd edək ki, Nəvai daha əvvəl Qazaxıstanla Qırğızıstanın sərhədində saxlanılıb. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib. Daha sonra reper girov müqabilində sərbəst buraxılıb. Ardınca onun barəsindəki cinayət işinin dayandırıldığı və ölkədən çıxarıldığı məlum olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 21 Oktyabr 2026 12:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















