Neymar bu məşhur kluba keçə bilər
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Braziliyanın "Santos" klubunda forma geyinən Neymarın gələcək karyerası ilə bağlı maraqlı iddialar ortaya çıxıb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, 33 yaşlı hücumçu ilə ölkənin digər aparıcı klubu "Flamenqo" yaxından maraqlanır. Bildirilir ki, "Santos" rəhbərliyi Neymarla mövcud müqavilənin müddətini daha bir il uzatmağı planlaşdırsa da, "Flamenqo" futbolçunu heyətinə qatmaq niyyətindədir.
Məlumata əsasən, hazırda "Flamenqo"nun bir neçə üzvü Neymarı "qırmızı-qaralar"ın sıralarına qoşulmağa razı salmaq üçün danışıqlar aparır.
Qeyd edək ki, Neymar futbol karyerasına məhz "Santos"un akademiyasında başlayıb və bu klubun yetirməsidir.
Hüseyn
Milli.Az
Baxış sayı:102
Bu xəbər 18 Dekabr 2025 13:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















