Neymar: Florentino Peres həmişə məni qiymətləndirib
Icma.az, sport24.az portalına istinadən məlumat yayır.
Braziliyanın "Santos" klubunun futbolçusu Neymar 2013-cü ildə İspaniya təmsilçisi "Real"a keçməkdən imtina etməsinin səbəbini açıqlayıb. Sport24.az xəbər verir ki, insayder Fabritsio Romano 33 yaşlı hücumçunun açıqlamasını yayımlayıb.
Təcrübəli forvard Madrid təmsilçisinin ona təklifinin açıq çek kimi olduğunu söyləyib: "Mənə dedilər ki, istədiyim hər şeyi ala bilərəm. Amma ürəyim "Barselona"nı istəyirdi. "Real" üç dəfə daha çox qazana bilərdim. Klub prezidenti Florentino Peres həmişə məni qiymətləndirib. Amma Ronaldinyo "Barselona"da çıxış edib, mən də Messi ilə oynamaq istəyirdim".
Qeyd edək ki, Neymar 2013-2017-ci illər aralığında Kataloniya təmsilçisinin formasını geyinib. O, bu müddətdə bütün turnirlərdə 186 matçda 105 qol və 76 məhsuldar ötürmə ilə yadda qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 28 Fevral 2025 10:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















