Bratislavadan Bakıya ilk aviareys yola düşdü
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Slovakiyanın paytaxtı Bratislava ilə Bakı arasında"Wizz Air" aviaşirkətinin ilk birbaşa reysi həyata keçirilib.
Axar.az xəbər verir ki, bu barədə Azərbaycanın Slovakiyadakı səfiri Vüsal Abdullayev X sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Wizz Air"in Bratislava-Bakı birbaşa hava marşrutunun açılış tədbirində iştirak etməyimdən böyük məmnunluq duyuram", – diplomat qeyd edib.
Səfir birbaşa hava əlaqəsinin fəaliyyətə başlamasını Azərbaycan ilə Slovakiya arasındakı əlaqələrdə əlamətdar addım və iki dövlətin strateji tərəfdaşlığının mühüm nailiyyəti kimi dəyərləndirib.
Onun fikrincə, yeni marşrut iş, turizm və insanlararası əlaqələr baxımından geniş imkanlar yaradacaq.
Report-un məlumatına əsasən, Bratislavadan yola çıxan təyyarə Bakıya saat 21:20-də eniş edəcək. Bu istiqamət üzrə uçuşlar həftədə iki dəfə – çərşənbə və şənbə günləri yerinə yetiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 28 Oktyabr 2026 19:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















