Icma.az
close
up
RU
Nəzakət Məmmədovanın son arzusu Onu ölümə aparan məktubda nə yazılmışdı?

Nəzakət Məmmədovanın son arzusu Onu ölümə aparan məktubda nə yazılmışdı?

Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Əməkdar artist Nəzakət Məmmədovanın anım günüdür.

Kulis.az Həmidə Nizamiqızının "Lal baxışın vida nəğməsi" yazısını təqdim edir.

Onu çoxları sevirdi, səhnəyə, mahnılarına gətirdiyi şən-şaqraq ab-hava, özünəməxsus saç düzümü, zahiri cazibəsi ilə hamının qəlbinə yol tapmışdı. Səsi və sənətkarlığı ona qısa zamanda bəlkə də ummadığı populyarlığı, tamaşaçı sevgisi gətirmişdi. Beləcə, gəncəli qız hər kəsin qəlbində özünə taxt qura bilmişdi.

Onun həyatı çox qısa oldu, arzuları yarımçıq qaldı. Həyatını ağrı-acılar, maddi-mənəvi çətinliklərlə yaşayan, lakin sənət eşqini, mübarizə ruhunu itirməyən Nəzakətin həyatdan istədikləri çox olsa da, həyatın ona verə biləcəkləri bu bir neçə cümləlik tərcümeyi-hala sığışan məqamlarda qaldı.
Ömrün vəfa etmədiyi sənətkar
Nəzakət Məmmədova 1944-cü ildə Gəncə şəhərində anadan olub. Uşaq yaşlarında atasını itirib. Valideynləri onu müəllim görmək istəyirdilər. Onların bu istəyini nəzərə alan gənc qız Bakıya gəlir və Xarici Dillər İnstitutuna daxil olur. Amma gözəl səsi olan gənc Nəzakət musiqidən ayrı yaşaya bilməyəcəyini anlayır və təhsilini yarımçıq qoyaraq 1966-cı ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumuna daxil olur. Onun səsinə ilk qiyməti görkəmli sənətkarlar Əhməd Bakıxanov və Hacıbaba Hüseynov verirlər. Onların qarşısında "Bayatı-Qacar" oxuyan gənc qız hər iki sənətkarın diqqətini cəlb edir. Sonralar təhsilini İncəsənət İnstitutunda davam etdirən Nəzakət Məmmədova bir müddət "Lalə" qızlar ansamblında çalışır. 1968-ci ildə Opera və Balet Teatrına qəbul olunur və 1971-ci ildə tamaşaçılar qarşısına yeni Leylilərdən biri kimi çıxır.

Nəzakət Məmmədova opera müğənnisi kimi parlaq istedadını nümayiş etdirir. Sürəyya Qacar, Həqiqət Rzayeva, Gülxar Həsənova kimi sənətkarlardan sonra Nəzakət Məmmədova da Leyli obrazları arasında yeni bir səhifə açır. O, "Rast", "Qatar", "Şahnaz", "Segah" və digər muğamların, mahnı və təsniflərin mahir ifaçısı kimi tanınır, sevilir. Azərbaycan musiqi sənətinin incəliklərini gözəl və məlahətli səsi ilə vətənindən çox-çox uzaqlara da apara bilir. Türkiyə, İran, Əfqanıstan, Almaniya, Belçika, İtaliya və s. ölkələrdə qastrol səfərlərində olur, səsinin gözəlliyinə bələnən mahnıları əcnəbilərə də sevdirə bilir.

“Bir şirin dilə bəndəm”
Qısa, lakin dolğun keçən ömrünə çox şey sığdıra bilən bu sənətkarın həyatdan, sənətindən gözləntiləri də çox idi. Arzuları, planları daha böyük uğurları hədəfə almışdı. Amma o bunlarla kifayətlənməyərək artıq özündə kompleksə çevirdiyi görkəmi, daha doğrusu, boynundakı qırışları ilə barışmırdı. Ona görə də hər zaman çıxışlar edərkən boğazını ya yaylıq, muncuq kimi aksessuarlarla örtər, ya da boğazı örtülü geyimlər geyinərmiş. Əslində, bu mirvari qırışlar xanıma qeyri-adilik, özünəməxsusluq verirdi. Elə yaxınları, sənət dostları da ona təskinlik verərkən bu məqama diqqət çəkərmişlər.
Gözlənilməz məktub və acı son

Bir gün o, pərəstişkarlarından mübhəm bir məktub alır. Məktubda deyilirdi: «Əziz Nəzakət xanım, mən sizi böyük məhəbbətlə sevirəm. Nəğmələrinizin aşiqiyəm. Siz hər oxuyanda - istər radioda olsun, istər televiziyada - mənim bayramım olur. Həmin gün ailəmizdə hər kəs sizi görməklə bəxtiyar olur. Deməliyəm ki, bir qadın kimi də olduqca gözəlsiniz. Bu gözəlliyiniz mahnılarınıza daha bir rəng qatır. Siz oxuyanda diqqətlə ekrana elə baxıram ki, bütün cizgilərinizi əvvəldən bilirəm. Məni bağışlayın, amma bir qüsurunuzu da görmüşəm. Elə bil boğazınızda qəribə qırışlar var. Təbiət sizə boy-buxun, gözəllik, məlahətli səs verib. Kaş bu qüsurunuz da olmayaydı.

Məktubumu və sözlərimi səmimi qəbul edin. Mən sizi layiq olduğunuz kimi daha gözəl görmək istəyirəm. Amma neyləmək olar?! Çox təəssüf ki, təbiətin qüsurunu düzəldəcək bir şey yoxdur. Kaş ki, xilqətin əli qeybdən bu xətləri də düzəldə biləydi. Amma mən sizi belə də sevirəm. Bu sadəcə, arzudan başqa bir şey deyil. Mən sizə böyük yaradıcılıq uğurları və cansağlığı arzu edirəm. Dərin sevgi və hörmətlə...".

Bəlkə də bu məktubu yazan şəxs bilmirdi ki, bu etirafları ilə zəhərli oxlar atır. 36 yaşındakı müğənninin bu məktubdan sonra dincliyi dəhşətli şəkildə pozulur. Ağlagəlməz komplekslər başlayır. Bu məktub sanki əcəlin son çağırışı idi. O, şərflərə, muncuqlara, boğazı örtən geyimlərə daha inadla sarılır. Paralel olaraq kosmetoloqların, həkimlərin ünvanlarını axtarır. Aydın məsələ idi ki, bu işi Bakıda heç kim görə bilməzdi. O, bir neçə sənət dostunun məsləhəti ilə Moskvaya, oradan Soçiyə üz tutur.

Soçi - son ümid yeri
Onu ölüm qorxutmurdu, çünki plastik əməliyyatın onun həyatı bahasına başa gələcəyini bilmirdi. Daha çox “görəsən, nə deyərlər” sualı ətrafında düşünürdü. Bununla bağlı yaxınları ilə məsləhətləşir və təbii ki, ciddi etirazlarla qarşılaşır. Amma dediyindən də dönmür. Hindistan səfəri öncəsi Soçiyə gedir, soraqlayıb həkimi tapır, əməliyyat olunur və elə masada da keçinir. Boğazının şah damarının kəsilməsi ilə. Əməkdar artistin ölümünə səbəb olan erməni əsilli həkim həbs edilir. Nəzakət Məmmədovanı onsuz da qaytarmayacaq məhkəmə prosesində şahidlər dindirilir və Soçi şəhərində lisenziyasız plastik əməliyyatlarla məşğul olan Anatoli İvanoviç Karol 5 il müddətinə azadlıqdan məhrum edilir.

“Ürəyimi al qan etdin...”
Yuxarıda da qeyd etdiyimiz kimi, onun yaradıcılığının ilk illəri "Lalə" qızlar ansamblı ilə bağlıdır. Səsində həyatsevərlik, nəğmələrində şuxluq, şıltaqlıq olan Nəzakət Məmmədovanı dinləyiciləri daha çox "Yaxın gəl", "Gəl, inad etmə böylə", "Azərbaycan gölləri", "Azərbaycanım mənim", "Ala göz", "Kəklik" kimi mahnılara bəxş etdiyi təkrarsız ifası, Azərbaycan musiqi tarixində ən uğurlu duetlərdən biri kimi qiymətləndirilən Teymur Mustafayevlə oxuduğu "Ay qız" mahnısı ilə xatırlayır və sevirlər.

Sənətkarı musiqi mədəniyyətimizə bir neçə istedadlı xanım ifaçı bəxş edən "Lalə" qızlar ansamblının bədii rəhbəri, Xalq artisti Ceyran Haşımova ilə birgə xatırladıq:

"Sənət məktəbini "Lalə" qızlar ansamblında başlayan Nəzakət Gəncədə sadə, sakit, ürkək təbiətli bu gənc idi. Ürəyində əlçatmaz arzular qaynayırdı. Uşaq yaşlarından elə hey zümzümələr edər, səsi ilə evdəkilərin, qonum-qonşuların könlünü oxşayarmış. İlk dinləyiciləri olan bu yaxın insanlar da ona böyük müğənni olacağını deyərmişlər. Onun səsini ilk dəfə Asəf Zeynallı adına Musiqi Texnikumunda keçirilən konsertdə dinlədim. Səsini bəyəndim və “istəsən, bizim ansambla üzv olarsan” dedim. Bu sözlərim Nəzakəti çox sevindirdi, boynumu qucaqlayaraq «Sizin ansamblda oxuyaram, Ceyran müəllimə, bu, mənim çoxdankı arzum idi".

Beləcə, ilk çıxış uğurlu alındı. 1967-ci ilin 1 sentyabrında sadə, məktəbli geyimi və pioner qalstukunda səhnəyə çıxan N.Məmmədova sonrakı böyük səhnə uğurları və tamaşaçı alqışının cığırına qədəm qoydu. Nəzakət haqqında xatirələr Ceyran xanımı ötən illərə apardı:

"Nəzakət Məmmədova gözəl səsi, özünəməxsus ifa tərzi, səhnə mədəniyyəti ilə ilk baxışdan diqqətimi çəkmişdi. Onun nailiyyətləri məni çox sevindirdi. Tez bir zamanda xalqın sevimlisinə çevrilmişdi. Ən məşhur ansambllar onu oxumağa dəvət edirdilər. Nəzakətlə saatlarla mükəmməl məşq edirdik. Mahnını çətinliklə götürsə də, çalışqan, məsuliyyətli və qabiliyyətli olduğundan öyrəndiyi hər bir mahnını qüsursuz, düzgün oxuyurdu. Muğamları özünəməxsus tərzdə ifa edirdi. Zənguləli səsinin çalarları həm zilə, həm də bəmə çatan müğənni kimi həmişə ansamblda digərlərindən fərqlənirdi".

“Gəl, inad etmə böylə...”

Nəzakət Məmmədova birinci arzusuna çatdıqdan az sonra şəxsi həyatında da uğur, səadət qapısını döyür. Çoxdan bəri sevib-seçdiyi Qüdrət adlı bir gənclə ailə həyatı qurur. 1968-ci ildə cütlüyün bir oğlanları doğulur. Nəzakət xanımın arzusu ilə onun adını Ceyran xanım qoyur. Yeni doğulan körpəyə Ceyhun adını verirlər. Lakin gənc ailənin səadəti uzun sürmür, çox sevdiyi həyat yoldaşı ilə yolları ayrılır. İncəsənət, artan şöhrət və bəlkə də dəyişən duyğular bu ailənin də sonunu gətirmişdi. Amma uğursuz ailə həyatının nisgili onun qəlbində yuva salmış, ifalarına çökmüşdü. O oxuyanda səsinin kədərini duymamaq mümkün deyildi. Bəlkə də Leyli obrazını buna görə o qədər dərindən anlayır və hiss edirdi.

Nisgilli Leyli
Leylinin taleyini şəxsi həyatında yaşayan müğənni nakam qəhrəmanının faciəli taleyini təbii, səmimi çalarlarla çatdıra bilirdi. Yazıçı-publisist Mustafa Çəmənli "Leyli və Məcnun 100 il səhnədə" kitabında onun ifası barədə yazır: “Nəzakət Məmmədova bir müğənni kimi tamaşaçıların, sənət adamlarının diqqətini çox tez özünə cəlb eləmişdi. Onu birinci arayıb axtaran, teatra gəlməzdən öncə evinə dəvət edib Leyli roluna hazırlaşdıran Bəhram Mansurov olmuşdu. O, 1968-ci ildə Opera və Balet Teatrına gələndə Leyli roluna, demək olar ki, tam hazır idi, qalırdı rejissorların göstərişinə əməl etməyi. 1971-ci il yanvarın 2-də Nəzakət Məmmədova Leyli, Baba Mahmudoğlu Məcnun rolunda səhnəyə çıxdılar. Hər iki gəncin oyunu uğurlu oldu, onlar böyük tamaşaçı məhəbbəti qazandılar. Nəzakətin Leylisi məlahətliydi, onun boy-buxununa çox yaraşırdı. N. Məmmədova təkcə "Əsli və Kərəm"də Əslini, "Aşıq Qərib"də Şahsənəmi də oynamışdı. Və bu rollarda da kifayət qədər uğur qazanmışdı".

“Harda olsam gələrəm, təki sən səslə məni...”
Sənətdə keçən ömür nə qədər uzun olsa da, an qədər qısa, sənət isə zamana sığmayacaq qədər sonsuz, əbədi olur. Elə Nəzakətin səsi, sənəti də bu əbədilikdə qaldı. Məlahətli səsi, gözəl görünüşü, incə duruşu ilə Azərbaycan musiqisini dünya səhnələrinə daşıyan, qastrol səfərlərində minləri, milyonları sehrləyən ifaçı Azərbaycan xalqına bəxş edilən qeyri-adi səs, xəzinə idi. Deyirlər, Tanrının sevimli bəndələrinin göylərə yaxınlığı olur. Elə Nəzakət kimi. Yaradan onu çox cavan ikən apardı, səsi və ruhu isə bizlərə, milyonlarla sənətsevərlərə əmanət qaldı.

Türk Dünyası Yazıçıları Simpoziumu Kamal Abdullaya həsr olunacaq "Daha uşaq deyiləm, dəyişə bilmərəm..." - Hansı qorxular bizə sərhəd çəkir? İstedadlı adamın infantil söhbətləri
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://kulis.az
archiveBu xəbər 21 Oktyabr 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see330

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see254

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see208

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see202

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see188

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see171

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see142

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see140

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see138

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see135

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see127

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see126

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see124

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri