Icma.az
close
up
RU
Nəzakət Teymurovanın Qal, sənə qurban adlı konsertindən görüntülər

Nəzakət Teymurovanın Qal, sənə qurban adlı konsertindən görüntülər

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Heydər Əliyev Sarayında Xalq artisti Nəzakət Teymurovanın "Qal, sənə qurban" adlı solo konserti baş tutub. 

BAKU.WS xəbər verir ki, milli musiqimizin saf duyğulu incilərinə və muğam sənətinə həsr olunan bu gecə dinləyicilərə unudulmaz sənət anları yaşadıb.

Tədbir iki hissədən ibarət idi. Hər iki hissədə Teymurovanın səsi ilə muğamın dərinliklərinə enən tamaşaçılar, sənətin paklığına, musiqinin ruh oxşayan gücünə şahid oldular.

Gecə boyunca sənətkara Xalq artisti Fərhad Bədəlbəylinin rəhbəri olduğu Bakı Kamera Orkestri, Əməkdar artist Əliağa Sədiyevin bədii rəhbəri olduğu "Xarı Bülbül" muğam qrupu və baş dirijor, Əməkdar artist Fuad İbrahimov yoldaşlıq edirdi. 

Tamaşaçılar arasında Azərbaycan ədəbiyyatının və sənət aləminin tanınmış simaları - Xalq şairi Ramiz Rövşən, professor Rafiq Əliyev, Xalq artisti Aygün Bayramova, Əməkdar artist Dilarə Əliyeva, Əməkdar mədəniyyə işçisi Zaur Baxşəliyev və həyat yoldaşı Günay Baxşəliyeva və bir sıra sənət nümayəndələri yer alıb.

Konsertin aparıcısı Leyla Quliyeva olub. Tədbirdə yeganə qonaq qiraətçi Xəzər Süleymanlı olub. O, "Qal, sənə qurban" ifası zamanı şeir səsləndirib. Onun səhnəyə gətirdiyi poetik ruh, gecənin emosional tonunu daha da gücləndirib.

Teymurova səhnədə iki fərqli libasda görünüb - onun bu gecəyə xüsusi hazırlanmış zərif tərzi üzərində tanınmış stilist Elnur Həsənov çalışmışıb. İncə zövq və sadə dəbdə olan bu libaslar ifaçının bənzərsiz səsi ilə vəhdət təşkil edib.

Konsertin kulminasiya nöqtəsi isə "Qarabağ şikəstəsi" ilə baş verib. Teymurovanın səsinin titrəyişi Qarabağ həsrətindən doğan o böyük nisgili səhnədən zala, zalın ürəyindən Vətən torpaqlarına qədər daşıyıb.

Qalereya

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:358
embedMənbə:https://baku.ws
archiveBu xəbər 21 May 2025 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri