Icma.az
close
up
RU
“Nəzarət tədbirlərinin alqoritmi işlənilməlidir” Samir Vəliyev

“Nəzarət tədbirlərinin alqoritmi işlənilməlidir” Samir Vəliyev

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

“Ölkədə həyata keçirilən makroiqtisadi siyasətin dayanıqlı məzmun alması baxımından ən önəmli məsələlərdən biri, sözsüz ki, büdcə siyasətinin effektivliyinin təmin edilməsi, dövlət xərclərinin optimallaşdırılması, dövlət kapital qoyuluşlarının səmərəliliyi ilə bağlıdır. Bu isə öz növbəsində aidiyyəti üzrə dövlət nəzarət və audit mexanizmlərinin proseslərə nə dərəcədə çevik, şəffaf və optimal reaksiya verməsi ilə yanaşı, həmin mexanizmlərin həyata keçirilməsinə cavabdeh olan qurumların siyasətinin proaktivlilk göstəricilərindən asılıdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin deputatı Samir Vəliyev Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı bildirib.

S.Vəliyev qeyd edib ki, xarici və daxili iqtisadi çağırışlar təhlil edilərək dəyərləndirilməli, audit, nəzarət tədbirlərinin alqoritmi işlənilməlidir:

“Həmin tədbirlər bir tərəfdən investisiya mühitinin qorunması və inkişaf etməsinə, digər tərəfdən isə dövlət kapital qoyuluşları, dövlət aparatının fəaliyyətinin təmin edilməsi və digər büdcə xərcləri seqmentləri üzrə müvafiq vəsaitlərin təyinatı üzrə xərclənməsi məqsədlərinə istiqamətlənməlidir.

Respubilkada mövcud olan müvafiq qanunvericiliyə, hüquqi və normativ bazaya əsasən bir qədər öncə qeyd etdiyim funksiyaların reallaşdırılmasında Hesablama Palatası qarşısında duran məqsəd və vəzifələr olduqca əhatəli və sistemli məzmuna malikdir.

Nəzərə almaq lazımdır ki, ənənəvi olaraq ölkəmizdə daxili investisiya resurslarının milli iqtisadiyyata yatırılması baxımından  dövlət kapital qoyulușlarının, büdcə vəsaitlərinin payı kritik dərəcədə çoxdur.

Belə olan halda, həmin vəsaitlərin xərclənməsində effektivliyin azalması məsələnin sırf hüquqi və qanunvericilik müstəvisində araşdırılmasının zəruriliyi ilə yanaşı, onun həm də makroiqtisadi gündəm baxımından təsirlərini dərindən öyrənməyi və proqnozlaşdırmağı məqsədəmüvafiq edir”.

“Hesablama Palatasının 2024-cü ilin yekunları ilə bağlı təqdim etdiyi Fəaliyyət Hesabatının təhlili, zənnimcə, onu deməyə əsas verir ki, qeyd olunan istiqamətlər çərçivəsində Palatanın hesabat dövründəki fəaliyyəti əsasən əhatəli və produktiv olub.

Fikrimcə,  təqdim edilən və müzakirəyə çıxarılan  sənəddən görünür ki, hesabat ilindəki fəaliyyətində Palata müvafiq dövlət qurumlarının reallaşdırdığı maliyyə siyasətinin bir tərəfdən ölkədə qüvvədə olan hüquqi aktlara, digər tərəfdən isə, o cümlədən,  maliyyə hesabatlılığı kontekstində dövlət təşkilatlarının maliyyə resurslarının  konsolidasiyası və optimal istifadəsi mexanizmlərinin aktual çağırışlara uyğunluğunun araşdırılmasına böyük önəm verib.

Eyni zamanda, Palatanın fəaliyyəti çərçivəsində, zənnimcə, ən önəmli məsələlərdən biri sırf dövlət satınalmaları ilə bağlıdır.

Şübhəsiz ki, qeyd olunan istqamətdə şəffaflığın, operativlik və çevikliyin təmin edlməsinin zəruriliyi danılmazdır.

Bununla yanaşı, dövlət satınalmaları prosesində dövlət xərclərinin effektivlik və iyerarxik ardıcıllıq pilləkəninin qurulması məsələsi, fikrimcə, çox aktualdır ki, bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac hiss olunmaqdadır.

Düşünürəm ki, Fəaliyyət Hesabatına əsasən bildirə bilərik ki, qeyd edilən məsələlərin həlli istiqamətində Palata elektronlaşma və rəqəmsal imkanlarından istifadə etməklə müvafiq mexanizmlərinin tətbiqini məqsədəuyğun hesab edir ki, bu zənnimcə, ümumən təqdirəlayiqdir.

Beləliklə, yuxarıda qeyd edilmiş məqamların sistemləşdirilməsi, fikrimcə,  onu bildirməyə əsas verir ki, Hesablama Palatasının 2024 cü il üçün təqdim etdiyi Fəaliyyət Hesabatı qənaətbəxş hesab olunaraq qəbul edilə bilər”, - parlamentari vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 22 Aprel 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see463

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see338

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see320

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see316

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see314

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see291

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see291

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see288

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see287

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see280

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see275

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see274

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

13 Sentyabr 2026 16:32see268

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see264

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see256

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see253

Azərbaycanda qida biznesində yeni dövr

13 Sentyabr 2026 18:33see249

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see228

Rəcəb Tayyib Ərdoğan: Türkiyənin səhiyyə sistemi dünyada nümunəvi hesab olunur

13 Sentyabr 2026 22:07see217

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri