Icma.az
close
up
RU
Nəzarətsiz internet, məsuliyyətsiz valideynlər və qatilə çevrilən uşaqlar...

Nəzarətsiz internet, məsuliyyətsiz valideynlər və qatilə çevrilən uşaqlar...

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Mətləb Salahov: "Sosial şəbəkələrdəki dərəbəylik cəmiyyətdə cinayətkar və psixoz insanların sayını artırır"
“Son günlər məktəblərdə şagirdlərin açıq-aşkar qatil obrazında öz sinif yoldaşlarını və müəllimləri hədəf alan hərəkətləri cəmiyyəti şoka salıb. Lakin bu cür qatil düşüncəli uşaqları kim yetişdirir? – nəzarətsiz internet! Bəli, bu mövzu demək olar ki, cəmiyyətin bir nömrəli əsas problemidir. İnternet resurslarının, xüsusilə sosial şəbəkələrin nəzarətsiz poliqon kimi cəmiyyəti başına götürdüyü bir zamanda uşaq və yeniyetmələrin zərərli informasiyalardan qorunması vacibdən vacib məsələdir. Nəzərə alsaq ki, əksər valideynlər də bu məsələyə lazımı şəkildə diqqət göstərmirlər, o zaman gələcəyimizlə bağlı vahimə daha da böyüyür. Çünki tik-tok və digər sosial şəbəkə seqmentlərində cinsi azlıqların, əxlaq pozğunu olan bir sıra “müğənnilərin” reklamı, habelə uşaqların psixologiyasına dəhşət zərbə vuran qorxulu oyunların nümayişi ölkə olaraq bizi dəhşətli fəlakətə sürükləyir”.
Bu barədə SİA-ya açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. M.Salahov qeyd edib ki, nəzarətsiz internet məkanında ilk hədəf uşaq və yeniyetmələr seçilir. Bu iyrənc və təhlükəli siyasət uşaqların psixologiyasına, gələcəkdə şəxsiyyət kimi şikəst formalaşmasına zəmin yaradır.
M.Salahov qeyd etdi ki, uşaqları internetdəki zərərli informasiyalardan qorumaq ilk növbədə valideynlərin məsuliyyətidir: “Lakin min dəfə təəsüflər olsun ki, bir sıra valideynlər uşaqlarını əyləndirmək, sakitləşdirmək, ya da özlərinə vaxt ayırmaq üçün körpələri internetin ağuşuna atırlar. Uşaqların yaşına uyğun olmayan təhlükəli informasiya və reklamlarla tanışlıq onların hərəkət və fizioloji durumuna da mənfi təsir edir. Artıq iş o yerə çatıb ki, uşaqların internet aludəçiliyi psixoloji tramva halına çevrilib. Artıq bir neçə ildir ki, uşaq və yeniyetmələrin manyak şəkildə qatilə, zərərli manyaka çevrilməsi sürətli hal alıb. Dövlət olaraq, cəmiyyət olaraq bu təhlükəyə qarşı birgə tədbirlər görməsək, uzağı dörd-beş il ərzində bizi çox təhlükəli situasiya gözləyir. Çünki gələcək nəsil gələcək Azərbaycan deməkdir, unutmayaq”.

Afət Tahirqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 Aprel 2026 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see291

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see289

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see288

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see284

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see279

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see278

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see260

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see257

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see254

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see254

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see244

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see240

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see234

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see222

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see221

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see220

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see207

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see200

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see199

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri