Icma.az
close
up
RU
Niderland İnkişaf Bankı Bank Respublika ya 65 milyon ABŞ dolları məbləğində kredit ayırdı

Niderland İnkişaf Bankı Bank Respublika ya 65 milyon ABŞ dolları məbləğində kredit ayırdı

Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

Azərbaycanın aparıcı kommersiya banklarından biri olan Bank Respublika Niderland İnkişaf Bankı (FMO) ilə irihəcmli kredit sazişi imzalayıb.

AZXEBER.COM xəbər verir ki, razılaşmaya əsasən, beynəlxalq maliyyə institutu Banka 4 il müddətinə 65 milyon ABŞ dollarına ekvivalent məbləğdə Azərbaycan manatı (AZN) ilə kredit vəsaiti təqdim edəcək.

Cəlb olunan vəsaitlər ölkədə kənd təsərrüfatı sektorunun, mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə, o cümlədən gənc və qadın sahibkarların fəaliyyətinin dəstəklənməsinə, eləcə də yaşıl layihələrin inkişafına yönəldiləcək.

Qeyd edək ki, bu razılaşma Azərbaycan özəl bankları arasında indiyədək imzalanmış ən iri kredit sazişi olub. Bu isə beynəlxalq maliyyə institutlarının Bank Respublika-ya və ümumilikdə Azərbaycanın iqtisadiyyatına göstərdiyi yüksək etimadı nümayiş etdirir.

"Bu saziş beynəlxalq maliyyə institutlarının "Bank Respublika”nın etibarlılığına, eyni zamanda Azərbaycanın bank sisteminin dayanıqlılığına inamının növbəti parlaq göstəricisidir. Biz FMO-dakı tərəfdaşlarımıza 20 illik uğurlu əməkdaşlığa və bank üçün prioritet istiqamətlərin - yaşıl layihələrin, mikro, kiçik və orta sahibkarlığın, xüsusilə kənd təsərrüfatı sektoru, eləcə də gənc və qadın sahibkarların maliyyələşdirilməsinə verdikləri davamlı dəstəyə görə səmimi təşəkkürümüzü bildiririk. Biz inanırıq ki, FMO kimi aparıcı beynəlxalq maliyyə təşkilatları ilə tərəfdaşlıq bizə real sektorun daha səmərəli dəstəklənməsi üçün yeni imkanlar açacaq və bununla da ölkədə sahibkarlığın inkişafına öz töhfəsini verəcək.” deyə "Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov bildirib

FMO-nun baş icraçı direktoru Michael Jongeneel qeyd edib: "FMO olaraq biz hesab edirik ki, yerli valyutada sabit və uzunmüddətli maliyyə resurslarına çıxış möhkəm maliyyə sistemlərinin qurulması və inklüziv inkişafın dəstəklənməsi üçün mühüm əhəmiyyət daşıyır. Bank Respublika ilə imzalanan bu saziş bankın mikro sahibkarlara, gənclərə və qadınlar tərəfindən idarə olunan kiçik və orta bizneslərə dəstəyini genişləndirməyə, eyni zamanda yaşıl investisiyaları təşviq etməyə imkan verəcək. Kreditlərin manatla verilməsi müştərilər üçün valyuta riskini azaldaraq maliyyələşmənin həm əlçatan, həm də dayanıqlı olmasını təmin edir. Biz Bank Respublika ilə uzun illərə əsaslanan əməkdaşlığımızı davam etdirməkdən və Azərbaycanın sahibkarlıq ekosisteminin inkişafına töhfə verməkdən qürur duyur, eyni zamanda birgə nailiyyətlərimizin müsbət nəticələrini səbirsizliklə gözləyirik.”

Daha ətraflı məlumat üçün:

www.bankrespublika.az
 ? Sosial şəbəkələr:  ? Facebook | ? Instagram | ? LinkedIn      | ? Telegram
 ? Çağrı Mərkəzi: 144 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 10 Oktyabr 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hadise saxlanılmasından danışıb ağladı Həyatımda ilk dəfə dəhşət içində oyandım VİDEO

09 Oktyabr 2025 01:25see165

Payızda ailəvi tətillər üçün ən yaxşı beş şəhər

09 Oktyabr 2025 10:37see155

İcazə verməyəcəm ki, Çexiya NATO nu tərk etsin Babiş

09 Oktyabr 2025 01:53see153

Ağdamda atası tərəfindən şiddətə məruz qalan Musa sağalıb

09 Oktyabr 2025 16:33see151

Tramp: “Antifa” hərəkatını maliyyələşdirənlərə qarşı tədbir görəcəyik

09 Oktyabr 2025 01:29see151

Keçmiş dünya çempionunun oğlu asılmış vəziyyətdə tapılıb

09 Oktyabr 2025 03:14see146

Ağ, sarı, qırmızı yoxsa yaşıl: Hansı soğan ən faydalıdır?

09 Oktyabr 2025 03:03see144

İsrail və HƏMAS sülh planı ilə bağlı tarixi razılaşma imzaladı

09 Oktyabr 2025 04:12see144

Pərvin Abıyeva Səidə Sultanın məşhur müğənni ilə intim FOTOlarını YAYDI

10 Oktyabr 2025 01:33see136

İnək südündən 10 dəfə daha faydalı: Sümükləri möhkəmləndirir...

09 Oktyabr 2025 04:06see129

Hədəf “Qarabağ”dır: “Atletik” Ağdam klubu ilə oyunadək hücum xəttini bərpa etmək istəyir

09 Oktyabr 2025 01:19see129

Hadrutun işğaldan azad olunmasından 5 il ötür

09 Oktyabr 2025 00:02see128

Çeferin Ronaldonu futbol tarixinin üç ən böyük oyunçusundan biri sayır

09 Oktyabr 2025 00:28see127

Nazir: Aktiv məşğulluq proqramlarının genişləndirilməsi prioritet fəaliyyət istiqamətlərindən biridir

09 Oktyabr 2025 18:37see125

Onları NATO dan çıxarmaq lazımdır

10 Oktyabr 2025 01:41see122

Fransız siyasətçi fon der Leyeni özbaşınalıqda ittiham edib

08 Oktyabr 2025 22:16see122

Məşhur aktyor Hollivud ulduzunun atasının obrazını yaradacaq

10 Oktyabr 2025 08:52see120

Səkkiz qurbağanı diri diri udan Çinli qadın xəstəxanalıq olub...

10 Oktyabr 2025 01:08see120

Reşford meydana nə vaxt dönəcək?

08 Oktyabr 2025 23:26see117

Killian Mbappe: “Yamaldan əl çəkin”

10 Oktyabr 2025 03:37see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri