Niderland Ukrayna ilə böyük dron sazişi imzaladı 500 milyonluq layihə
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Niderland və Ukrayna 600 min pilotsuz uçuş aparatının (PUA) istehsalını nəzərdə tutan məbləği 500 milyon avroya çatan müqavilələr imzalayıb.
Milli.Az xəbər verir ki, bu barədə Niderlandın müdafiə naziri Ruben Brekelmans sosial şəbəkə platforması "X" üzərindən məlumat yayıb.
Nazir bildirib:
"Biz Ukrayna şirkətləri ilə 600 min dronun istehsalı üçün müqavilə imzaladıq. Bu, həm Ukraynanın müdafiəsini gücləndirmək, həm də Avropada müdafiə sənayesini birgə inkişaf etdirmək üçün atılmış mühüm addımdır."
Məlumata görə, bu müqavilə çərçivəsində istehsal olunacaq dronların təxminən yarısı Niderlandda, digər hissəsi isə Ukrayna müəssisələrində hazırlanacaq.
Bu əməkdaşlıq Ukraynanın hərbi imkanlarını artırmaqla yanaşı, Niderlandın da PUA texnologiyalarında tərəfdaşlıq mövqeyini gücləndirməsi baxımından strateji əhəmiyyət daşıyır. Eyni zamanda, bu razılaşma Avropa ölkələrinin Ukraynaya davamlı dəstəyinin növbəti nümunəsi kimi dəyərləndirilir.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 24 İyun 2025 15:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















