Icma.az
close
up
RU
Niftəliyev mövsümün əvvəlində “Mingəçevir”də şok addım atıb? İDDİA

Niftəliyev mövsümün əvvəlində “Mingəçevir”də şok addım atıb? İDDİA

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

“Mingəçevir”də danışılmış oyunların varlığı şübhəsinin ortaya çıxmasından, ardınca keçirilən komandadaxili iclasdan sonra bəzi futbolçuların saxlanılmasından və sorğu-suala çəkiləndən sonra evə buraxılmasından xəbərdarsız.

Həmçinin məsələ ilə bağlı əsas şübhələrin Muxtar Nəzərli və Mövlan Kərimovun üzərində cəmləşdiyini yazmışıq. Təbii ki, həqiqət hüquq-mühafizə orqanlarının araşdırmasından sonra bilinəcək və ictimaiyyətə lazımi rəsmi açıqlamalar veriləcək. Hələ ki bilgilər iddia səviyyəsindədi. Lakin bəzi mövzular var ki, iddiaların səhihlik dərəcəsinə ciddi təsir göstərir...
“Football-plus.az”ın əldə etdiyi məlumata görə, Muxtarla Mövlanın mövsümün əvvəlində komandaya gəlişi şübhəli hadisələrin yaşanmasıyla müşayiət edilib. Mingəçevirdəki etibarlı mənbədən redaksiyamıza verilən məlumatda qeyd edilir:

“Həmin ərəfədə 6 futbolçu komandadan uzaqlaşdırıldı. Bunlar Toğrul Məhəmmədəliyev, Elçin Abdullayev, Nihad Xəlilli, Nicat Məmmədli, Elvin Əlizadə və Orxan Əlibalayevdi. Hadisə “transfer pəncərəsi”nin bağlanmasına bir gün qalmış baş verdi. Hətta bu futbolçulardan bəziləriylə hələ bir neçə gün əvvəl müqavilə imzalanmışdı. Qərar isə həmin dövrdə iş başında olan məşqçilər korpusu tərəfindən təsdiqləndi. Yəni Ədəhim Niftəliyev və köməkçiləri iki futbolçunun – Muxtar Nəzərli və Mövlan Kərimovun transferinin reallaşdırılmasına nail ola bilmək üçün həmin mingəçevirli oyunçularla müqaviləyə xitam verilməsini təmin etdi. Belə izah etdilər ki, bu futbolçulara maaş vermək üçün yetərli maddi gücümüz yoxdu. Halbuki onlar 500-600 manat civarında maaşa razılaşmışdılar. Muxtar və Mövlan isə hərəyə 1500 manat alacaqdı. Hələ onların kirayə qaldığı evlərin xərclərini də klub qarşılayacaqdı. Hadisə mingəçevirlilərin ciddi etirazına səbəb oldu. Nə qədər desək də, qərarlarından dönmədilər. Bu gün eşidirik ki, həmin futbolçuların adı danışılmış oyunlarda hallanır...”


KƏNAN BAHADIR
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 31 Dekabr 2024 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see317

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see312

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see310

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see306

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see306

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see286

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see285

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see282

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see264

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see256

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see252

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see240

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see239

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see238

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see227

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see219

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see218

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see213

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri