Nigar Arpadarai: COP29da könüllülərin fəaliyyəti bütün qonaqlar tərəfindən xüsusi rəğbətlə qarşılanıb AZƏRTAC
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 18 dekabr, AZƏRTAC
COP29 çox böyük bir prosesdir və Azərbaycana belə bir sədirliyin həvalə olunması əslində bütün dünyanın ölkəmizə yekdil etimadı deməkdir. Mən çox fəxrlə qeyd eləmək istərdim ki, bizim könüllülərin COP29 prosesində iştirakı bütün qonaqlar tərəfindən xüsusi rəğbətlə qarşılandı. Bu, Azərbaycanın müsbət imici demək idi.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə COP29 nəticələri üzrə Bakıda keçirilən "Yaşıl gələcəyə könül ver" adlı tədbirdə Milli Məclisin deputatı, COP29-un İqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai deyib. O bildirib ki, illərdir böyük tədbirlər keçirən Azərbaycanda könüllülük artıq bir ənənə halına alıb.
“Biz ildən ilə könüllülərimizin ictimai fəaliyyətə daha çox cəlb edildiyini görürük. Onlar hər il bu istiqamətdə daha da peşəkarlıq əldə edirlər. Belə bir peşəkarlığa, fəallığa görə əksər qurumlarda, həmçinin şirkətlərdə çoxşaxəli və səmərəli könüllü fəaliyyətinin şahidi ola bilərik”,- deputat əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 18 Dekabr 2024 17:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















