Icma.az
close
up
RU
Nigar Arpadarai: Korporativ davamlılıq qlobal iqtisadiyyatın əsas hərəkətverici qüvvəsinə çevrilib

Nigar Arpadarai: Korporativ davamlılıq qlobal iqtisadiyyatın əsas hərəkətverici qüvvəsinə çevrilib

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 30 sentyabr, AZƏRTAC

Korporativ davamlılıq qlobal iqtisadiyyatın əsas hərəkətverici qüvvəsinə çevrilib. COP29-un uğuru yalnız qəbul edilən sənədlərlə deyil, insanların gələcəkdə təhlükəsiz və ləyaqətli şəkildə yaşamasını təmin edən real addımlarla ölçüləcək. Bu prosesdə özəl sektorun rolu həlledicidir.

AZƏRTAC xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, COP29-un iqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW 2025) ikinci günü çıxışında deyib.

COP29-un yüksəksəviyyəli iqlim çempionu bildirib ki, bu gün korporativ davamlılıq artıq könüllü yanaşma deyil, şirkətlərin etibarlı, investisiyanın cəlbedici və rəqabətqabiliyyətli qalması üçün əsas şərtlərdən birinə çevrilib. Əgər 1990-cı illərdə bu anlayış yalnız əlavə bir təşəbbüs kimi dəyərləndirilirdisə, indi artıq bütün sektorların gündəlik fəaliyyətində əsas istiqamətdir.

O vurğulayıb ki, son illərdə yaşanan dəyişikliklər bunun bariz nümunəsidir. Günəş enerjisi dünyada ən ucuz elektrik mənbəyinə çevrilib, elektrikli avtomobillərin satışı isə ötən il 17 milyon ədədə çatıb. Bu nailiyyətlər bazarların və investisiya axınlarının özəl sektorun qərarları ilə necə formalaşdığını açıq göstərir.

İqlim çempionları tərəfindən başladılan beynəlxalq təşəbbüslərə toxunan Nigar Arpadarai bildirib ki, “Racing to Zero” kampaniyası çərçivəsində 15 mindən çox şirkət, şəhər və region 2030-cu ilə qədər emissiyaların azaldılması öhdəliyini qəbul edib. “Risk və Davamlılıq” təşəbbüsü isə milyonlarla insanın təhlükəsizliyinin və rifahının qorunmasına yönəlib. Bakıdakı COP29 çərçivəsində keçirilən tədbirlərdə biznes və xeyriyyə investisiyaları ön plana çıxıb. 10 trilyon dollardan artıq vəsaiti idarə edən investorlar iqlimə davamlı layihələrə kapital axınının sürətləndirilməsinə sadiqliklərini bəyan ediblər. Kiçik və orta sahibkarlığa həsr olunmuş xüsusi sessiya isə bu sahənin ədalətli keçiddə və dayanıqlı inkişafda aparıcı qüvvə ola biləcəyini göstərib.

“Artıq əsas sual bizneslərin hansı olacağı deyil, necə olacağıdır. Şirkətlər milli iqlim planlarının növbəti mərhələsinə necə töhfə verəcəklər – bu, qarşıdakı illərin ən vacib məsələsidir”, – deyə Nigar Arpadarai çıxışını yekunlaşdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Sentyabr 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see237

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see230

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see194

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see186

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see156

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see151

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see151

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see145

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see144

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see143

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see141

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see140

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see138

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see136

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see136

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see135

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see134

Qarabağı istəyən erməni müğənninin yolka sı FOTO

01 Yanvar 2026 13:12see132

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see130

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri