Icma.az
close
up
RU
Nigar Mirzəliyeva: “İnanıram ki, xəyala gedən yol “Hamburq”dan keçəcək” MÜSAHİBƏ + FOTO

Nigar Mirzəliyeva: “İnanıram ki, xəyala gedən yol “Hamburq”dan keçəcək” MÜSAHİBƏ + FOTO

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Hamburq”u seçməyimdə bir neçə səbəb var idi. Klub və baş məşqçi mənim orada olmağım üçün israr edirdi”.

Bunu Rusiyanın “Zenit” klubundan Almaniya təmsilçisi “Hamburq”a transfer olunan Azərbaycanın qadın futbolçulardan ibarət millisinin futbolçusu Nigar Mirzəliyeva “Report”a müsahibəsində deyib.

23 yaşlı müdafiəçi transferi ilə yanaşı, Almaniya Bundesliqası haqqında fikirlərini bölüşüb, oradakı rəqabətdən danışıb. O, həmçinin yeni mədəniyyətə öyrəşmək üçün hansı addımlar atacağını və özünü Bundesliqada oynamağa tam hazır hiss etdiyini də vurğulayıb.

Həmin müsahibəni təqdim edirik.

- Almaniya klubuna keçidiniz necə baş tutdu? Digər təkliflər var idi?

- Təklif, düzünü desəm, gözlənilməz oldu. Menecerlər tərəfindən müraciət edildi və Almaniya klubunun məni bəyəndiyi bildirildi. Bu barədə fikrim soruşuldu və təbii ki, müsbət cavab verdim. Çünki hər bir qadın futbolçunun ən böyük arzusu top-liqada oynamaqdır.

- Niyə məhz “Hamburq”u seçdiniz? Klubun layihəsində sizi cəlb edən əsas məqam nə oldu?

- “Hamburq”u seçməyimdə bir neçə səbəb var idi. Klub və baş məşqçi mənim orada olmağım üçün israr edirdi. Düşünürəm ki, Bundesliqa klubuna keçirsənsə, mütləq oynamalı və özünü göstərməlisən. Mənə həqiqətən ciddi maraq göstərən bir neçə klub var idi və bu transferin gələcəkdə daha böyük klublara keçidim üçün çox yaxşı yol açacağını düşünürəm.

- Rusiya ilə Almaniyanın futbol mühiti arasında hansı əsas fərqləri qeyd edə bilərsiniz?

- Düzünü desəm, Rusiya və Almaniya qadın futbolu arasında ciddi fərqlər var. Bundesliqada dünyanın aparıcı futbol ölkələrinin əsas oyunçuları çıxış edir ki, bu da səviyyə fərqini açıq şəkildə göstərir. Rusiya qadın futbolu üçün isə bunu demək çətindir.

- Almaniya futbolu fiziki güc və intizamı ilə seçilir. Özünüzü buna hazır sayırsınız?

- Özümü Bundesliqada oynamaq üçün 100 faiz hazır hiss edirəm. Çünki son bir ildə Rusiyada çıxış etdiyim dövrdə artıq top-liqalardan birinə keçməyin vaxtının çatdığını düşünürdüm.

- Komandadakı rəqabət barədə nə deyə bilərsiniz? Baş məşqçi ilə ilkin söhbətiniz olubmu, sizdən gözləntiləri nədir?

- Rəqabətin olması, təbii ki, mənim xeyrimədir. Bundesliqada rəqabəti qazandığın zaman səni daha böyük uğurlar və daha böyük klubların marağı gözləyir. Baş məşqçi ilə bura gəlməmişdən əvvəl də əlaqəmiz olmuşdu. Artıq bir neçə gündür buradayam və demək olar ki, hər gün geniş müzakirələrimiz olur.

- Heyətdə tanıdığınız və ya nə vaxtsa birlikdə çıxış etdiyiniz futbolçular var?

- Təəssüf ki, burada tanıdığım heç kim yoxdur.

- “Hamburq”un heyətində ilk mövsüm üçün qarşınıza hansı konkret hədəfləri qoymusunuz?

- Futbol hədəfsiz ola bilməz. Təbii ki, mənim də həm klubda, həm də Bundesliqada ad qazanmaq üçün böyük hədəflərim var.

- Bu transferin Azərbaycan qadın futboluna və milli komandaya təsirini necə qiymətləndirirsiniz?

- Düşünürəm ki, bu transfer qadın futbolumuza böyük təkan verə bilər. Qadın futbolunun ölkəmizdə tarixi böyük olmasa da, uğurları az deyil. Bundan sonra mən və mənim kimi futbolçuların futbolumuzu daha da irəli aparacağına ümid edirəm və buna inanıram.

- Avropa klublarından birində çıxış etmək milli komandadakı oyununuza nə dərəcədə müsbət təsir göstərəcək?

- Bu, komanda yoldaşlarım üçün də böyük motivasiya olacaq. Çünki əziyyət çəkirsənsə, bir gün Allah onun əvəzini verir. Hər bir futbolçu düşünə bilər ki, bizim futbolçular da top-liqalarda oynaya bilərlər.

- Azərbaycanda futbolla məşğul olan gənc qızlara bu uğurunuzdan sonra hansı tövsiyələri verərdiniz?

- Gənc qızlara demək istəyirəm ki, çox çalışsınlar. Təbii ki, asan deyil, amma mümkündür. Əmin olsunlar ki, hər bir beynəlxalq oyun izlənilir. Özlərinə güvənsinlər.

- Almaniyada legioner həyatına və yeni mədəniyyətə uyğunlaşmaq üçün hansı addımları atmağı planlaşdırırsınız?

- Təbii ki, Almaniya mədəniyyəti ilə bizim mədəniyyət arasında fərqlər böyükdür. Bilirəm ki, asan olmayacaq, amma öhdəsindən gələcəyimə ümid edirəm. Həmçinin qeyd etmək istəyirəm ki, bir ölkənin mədəniyyətini öyrənmək üçün mütləq həmin ölkənin dilini bilməlisən. Bu da qarşıya qoyduğum əsas hədəflərdən biridir.

- Nigar Mirzəliyevanın karyerasındakı ən böyük xəyalı nədir? “Hamburq” bu yolda hansı pillədir?

- Xəyalım qadın futbolunda ən böyük top-klublardan birində oynamaqdır. İnanıram ki, xəyala gedən yol “Hamburq”dan keçəcək. Əlavə olaraq, həyatımda bu günə qədər hər zaman yanımda olan bütün insanlara sonsuz təşəkkürümü bildirirəm. Həqiqətən də hər birinin üzərimdə böyük əməyi var.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 26 Yanvar 2026 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see250

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see238

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see220

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see201

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see174

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see172

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see156

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see156

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see155

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see148

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see144

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see143

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see143

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see138

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see138

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see137

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri