Icma.az
close
up
RU
Nigerdə hərbi qiyamın qarşısı alınıb

Nigerdə hərbi qiyamın qarşısı alınıb

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Nigerin paytaxtı Niameydə qiyam qaldıran hərbçilərin Prezident sarayına və strateji hərbi bazaya hücumundan sonra ölkənin hərbi hakimiyyəti nəzarəti yenidən bərpa edib.

APA xəbər verir ki, bu barədə AFP agentliyinə Nigerin diplomatik dairələrində və təhlükəsizlik strukturlarında olan mənbələr məlumat verib.

Avqustun 29-da, şənbə günü axşam saatlarında prezident qvardiyası 101 saylı aviabazaya “Rusiya hərbçilərinin köməyi ilə” nəzarəti bərpa edib. Qiyamçılar arasında ölənlər var.

Nigerin müdafiə naziri Salifu Modi bildirib ki, qiyamda iştirak edən hərbçilər hərbi bazada öz silahdaşlarını saxlayıb və ölkənin paytaxtında bir sıra strateji obyektlərə atəş açıblar.

Bundan əvvəl Rusiyanın Niameydəki səfiri Viktor Voropayev TASS agentliyinə bildirib ki, qiyamda gənc zabitlər iştirak edib. Onun sözlərinə görə, Niger hakimiyyəti çıxışın yatırılması üçün ölkədə yerləşən Rusiyanın “Afrika korpusu”ndan yardım istəyib.

AFP agentliyinin məlumatına görə, gün ərzində qiyamçıların nəzarətində olan Niameydəki aviabazada “Afrika korpusu”nun qərargahı, həmçinin Sahel Dövlətləri Alyansının (AES) birləşmiş silahlı qüvvələrinin Baş Qərargahı yerləşir.

Avqustun 29-na keçən gecə başlayan hücum zamanı dövlət televiziyasının yayımı dayandırılıb. Daha sonra yayım bərpa olunub və efirdə ölkədə hakimiyyətdə olan xuntanın müraciəti səsləndirilib.

Bənzər insidentlər 2026-cı ilin yanvar və iyun aylarında da baş verib. Həmin vaxt da hücumların hədəfində hava limanı və hökumət binaları olub. Qışda baş verən hadisəyə görə məsuliyyəti İŞİD terror təşkilatının silahlıları üzərinə götürüb.

2023-cü ilin iyulunda Nigerdə baş vermiş hərbi çevrilişdən sonra ölkəni hərbi xunta idarə edir.

Xatırladaq ki, 2025-ci ilin yayında Almaniya hərbi hakimiyyətlə aparılan danışıqların nəticəsiz qalması səbəbindən Nigerdəki aviabazasını bağlayıb. 2023-cü ilin sonunda Fransa hərbçiləri ölkədən çıxışlarını başa çatdırıb, 2024-cü ilin sentyabrında isə ABŞ hərbçilərinin Nigerdən çıxarılması tamamlanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://apa.az
archiveBu xəbər 30 Avqust 2026 09:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see927

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see389

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see340

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see328

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see305

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see297

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see260

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see258

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see239

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see214

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see213

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see209

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see208

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see201

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see200

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see200

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see199

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see184

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see179

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri