Nigeriyada difteriya epidemiyası: 44 nəfər öldü
Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Nigeriyanın şimalındakı Zamfara əyalətində difteriya epidemiyası nəticəsində 44 nəfər həyatını itirib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Zamfara Əyaləti Səhiyyə Nazirliyinin İctimai Səhiyyə direktoru Yusuf Haske açıqlamasında bu il əyalətdə 367 şübhəli difteriya halının qeydə alındığını bildirib.
Onun sözlərinə görə, xəstələrdən götürülən nümunələr üzərində aparılan laboratoriya analizləri nəticəsində difteriyaya səbəb olan bakteriya təsdiqlənib.
Haske 323 xəstənin müalicəsi başa çatdıqdan sonra evə buraxıldığını qeyd edib.
Epidemiya nəticəsində 44 nəfərin öldüyünü bildirən səhiyyə rəsmisi xəstəliyin yayılmasında icma daxilində aktiv yoluxmanın təsirli olduğunu deyib.
Haske ən çox 6-10 yaş qrupunda olan uşaqların difteriyadan təsirləndiyini vurğulayıb.
Xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə məktəblərin açılışının 2 həftə təxirə salındığı bildirilib.
Gülay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 15 Sentyabr 2026 14:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















