Rəşad Sadıqov: “Bu gedişatda 1 xal da önəmlidir”
Icma.az bildirir, Apasport saytına əsaslanaraq.
"Zirə" Misli Premyer Liqasının X turunda səfərdə "Araz-Naxçıvan"la 2:2 hesablı heç-heçə edib.
Apasport.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
"Oyun bizim üçün olduqca pis başladı. İlk 15-20 dəqiqədə çoxsaylı top itkilərinə yol verdik. Müdafiədən çıxarkən itirdiyimiz topdan sonra rəqib hücum qurub fərqləndi. Ondan sonra üstünlüyü ələ aldıq, fasiləyə qədər çoxlu hücum qurduq. Təəssüflər olsun ki, həmin dəqiqələrdə qol vura bilmədik. İkinci hissəyə də fəal başlamışdıq. Həmin dəqiqələrdə ikinci qolu buraxdıq. Ondan sonra nəticəni dəyişmək daha da çətin idi. Buna baxmayaraq, 3 gün əvvəl 120 dəqiqə oynamış futbolçular böyük xarakter göstərdilər və sona qədər mübarizə apardılar. Buradan 1 xal qazanaraq dönürük. Qələbə qazanmaq istəyirdik. Amma rəqibi də nəzərə almaq lazımdır. Heyətlərində təcrübəli futbolçular var. Son turlarda da inamlı çıxış edirdilər. Futbolçularıma təşəkkür edirəm ki, xarakter göstərib oyunu çevirə bildilər. Bu gedişatda 1 xal da önəmlidir".
- "Sumqayıt"la oyunda 2:0 hesablı üstünlüyü əldən verdiz, bu gün isə 0:2-dən sonra hesabı bərabərləşdirdiz. Bu durumu necə şərh edərsiz?
- Futbolda belə hallar olur. İlk 15-20 dəqiqədə yaxşı oynamadıq. Amma qol buraxdıqdan sonra reaksiya verdik. "Sumqayıt"la oyunda da yaxşı reaksiya vermişdik. Çempionatdakı rəqiblərin heyətləri çox güclüdür. Hər birində təcrübəli, hər an nəticəni dəyişə bilən usta futbolçular var. Daha çox çalışıb üstünlüyü nəticəyə çevirmək lazımdır. Üstünlük yaradırıq. Amma həmişə bunu nəticəyə çevirə bilmirik.
- Mehdi Mişahşan ilk toxunuşunda qol vurdu. Onu standart vəziyyətlər üçün meydana buraxmışdız?
- İki fikir var idi. Birincisi, standart vəziyyətlərdə yaxşı oynayır. İkincisi isə Mehdini mərkəz müdafiəçisi mövqeyinə qoyub Ruan Renatonu hücuma göndərəcəkdik. Daha çox cinah hücumları etməyi planlaşdırırdıq. Qol oldu deyə, Ruan öz mövqeyində oynamağa davam etdi. 2:2-dən sonra da hücumlarımız oldu. Bir epizodda dəqiqlik çatmadı. "Səbail"lə 120 dəqiqəlik oyun keçirmişdik. Heyətimizi tam istədiyimiz kimi formalaşdıra bilmirik. Qəribə hadisələr çox olur. "Səbail"lə matçda rəqib 80-ci dəqiqədə ikinci sarı vərəqədən qırmızı vərəqə alıb meydandan qovulmalı idi. Azərbaycan futbolunda ilk dəfə idi belə halla qarşılaşırdıq. O məqam da bizim başımıza gəldi. Buna görə də oyun əlavə vaxta getdi. 3-4 futbolçu 17 kilometrə yaxın qaçmışdı. Bunların hamısı bizim üçün sınaqdır. Çalışıb mübarizəmizi aparmalıyıq.
Baxış sayı:121
Bu xəbər 31 Oktyabr 2026 18:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















