Icma.az
close
up
RU
“Heyətimizi tam istədiyimiz kimi formalaşdıra bilmirik”

“Heyətimizi tam istədiyimiz kimi formalaşdıra bilmirik”

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

“Zirə” Misli Premyer Liqasının X turunda səfərdə “Araz-Naxçıvan”la 2:2 hesablı heç-heçə edib.

“Qafqazinfo” xəbər verir ki, “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Oyun bizim üçün olduqca pis başladı. İlk 15-20 dəqiqədə çoxsaylı top itkilərinə yol verdik. Müdafiədən çıxarkən itirdiyimiz topdan sonra rəqib hücum qurub fərqləndi. Ondan sonra üstünlüyü ələ aldıq, fasiləyə qədər çoxlu hücum qurduq. Təəssüflər olsun ki, həmin dəqiqələrdə qol vura bilmədik. İkinci hissəyə də fəal başlamışdıq. Həmin dəqiqələrdə ikinci qolu buraxdıq. Ondan sonra nəticəni dəyişmək daha da çətin idi. Buna baxmayaraq, 3 gün əvvəl 120 dəqiqə oynamış futbolçular böyük xarakter göstərdilər və sona qədər mübarizə apardılar. Buradan 1 xal qazanaraq dönürük. Qələbə qazanmaq istəyirdik. Amma rəqibi də nəzərə almaq lazımdır. Heyətlərində təcrübəli futbolçular var. Son turlarda da inamlı çıxış edirdilər. Futbolçularıma təşəkkür edirəm ki, xarakter göstərib oyunu çevirə bildilər. Bu gedişatda 1 xal da önəmlidir.

– “Sumqayıt”la oyunda 2:0 hesablı üstünlüyü əldən verdiz, bu gün isə 0:2-dən sonra hesabı bərabərləşdirdiz. Bu durumu necə şərh edərsiz?

- Futbolda belə hallar olur. İlk 15-20 dəqiqədə yaxşı oynamadıq. Amma qol buraxdıqdan sonra reaksiya verdik. “Sumqayıt”la oyunda da yaxşı reaksiya vermişdik. Çempionatdakı rəqiblərin heyətləri çox güclüdür. Hər birində təcrübəli, hər an nəticəni dəyişə bilən usta futbolçular var. Daha çox çalışıb üstünlüyü nəticəyə çevirmək lazımdır. Üstünlük yaradırıq. Amma həmişə bunu nəticəyə çevirə bilmirik.

- Mehdi Mişahşan ilk toxunuşunda qol vurdu. Onu standart vəziyyətlər üçün meydana buraxmışdız?

- İki fikir var idi. Birincisi, standart vəziyyətlərdə yaxşı oynayır. İkincisi isə Mehdini mərkəz müdafiəçisi mövqeyinə qoyub Ruan Renatonu hücuma göndərəcəkdik. Daha çox cinah hücumları etməyi planlaşdırırdıq. Qol oldu deyə, Ruan öz mövqeyində oynamağa davam etdi. 2:2-dən sonra da hücumlarımız oldu. Bir epizodda dəqiqlik çatmadı. “Səbail”lə 120 dəqiqəlik oyun keçirmişdik. Heyətimizi tam istədiyimiz kimi formalaşdıra bilmirik. Qəribə hadisələr çox olur. “Səbail”lə matçda rəqib 80-ci dəqiqədə ikinci sarı vərəqədən qırmızı vərəqə alıb meydandan qovulmalı idi. Azərbaycan futbolunda ilk dəfə idi belə halla qarşılaşırdıq. O məqam da bizim başımıza gəldi. Buna görə də oyun əlavə vaxta getdi. 3-4 futbolçu 17 kilometrə yaxın qaçmışdı. Bunların hamısı bizim üçün sınaqdır. Çalışıb mübarizəmizi aparmalıyıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 31 Oktyabr 2026 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see325

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see318

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see311

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see283

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see275

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see253

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see245

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see239

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see232

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see227

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see222

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see220

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see214

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see214

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see209

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see207

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see189

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see185

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri