Nigeriyada terrorçular 32 mülki şəxsi qətlə yetiriblər
Icma.az bildirir, Apa.az portalına istinadən.
Nigeriyanın qərbində silahlı şəxslər üç kəndə hücum edərək 32 yerli sakini öldürüblər.
APA xəbər verir ki, bu barədə “Arise TV” telekanalı polis nümayəndəsi Vasiu Abioduna istinadən məlumat yayıb.
Faciə ötən gecə Niger ştatında yerləşən Tuqan-Makeri, Konsoko və Pissa kəndlərində baş verib. Qurbanların dəqiq sayı hələ müəyyənləşdirilməyib, həmçinin naməlum istiqamətə aparılan girovların sayı da dəqiqləşdirilir.
Terror hücumunun “Boko Haram” qruplaşması tərəfindən həyata keçirildiyi ehtimal olunur.
Qeyd edək ki, fevralın 11-də Nigeriya Silahlı Qüvvələri “Boko Haram”a qarşı əməliyyata başladığını açıqlayıb.
Bu mövzuda digər xəbərlər:Nigeriyada terrorçular mülki şəxslərə hücum edib 32 nəfər öldürülüb
15 Fevral 2026 17:14
Ruslar Donetsk vilayətində beş mülki şəxsi qətlə yetiriblər
21 Mart 2026 11:34
Malinin şərqində silahlılar onlarla mülki şəxsi qətlə yetiriblər
20 Oktyabr 2026 23:21
Nigeriyada ərzaq paylanarkən 32 nəfər öldü
22 Dekabr 2024 19:43
Nigeriyada izdiham: 32 uşaq öldü FOTO
19 Dekabr 2024 12:35
Baxış sayı:102
Bu xəbər 15 Fevral 2026 16:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















