Nihad Süleymanlı finalda niyə uduzduğunu açıqladı: “Bir anlıq səhv etdim”
Icma.az, Idman.biz saytına istinadən bildirir.
Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin dördüncü Yay Olimpiya Oyunlarında çimərlik güləşi üzrə gümüş medal qazanan Nihad Süleymanlı final görüşündəki məğlubiyyətinin səbəbini açıqlayıb.
İdman.Biz xəbər verir ki, gənc güləşçi bir anlıq səhvin ona Olimpiya çempionu olmaq imkanını itirdiyini bildirib.
“Şükürlər olsun ki, gümüş medal qazandım. Bu nəticə qızıl medal da ola bilərdi, lakin təəssüf ki, bir anlıq səhv səbəbindən ikinci yeri tutdum. Lakin bu son deyil. Qarşıda bizi daha mötəbər yarışlar gözləyir və inşallah bu gümüşü qızıla çevirmək üçün əlimdən gələni edəcəyəm”, - deyə Süleymanlı vurğulayıb.
Azərbaycan təmsilçisi finaldakı rəqibi ilə əvvəlki qarşılaşmasını da xatırladıb:
“Bakıda keçirilən dünya çempionatında mən çempion olarkən rəqibim ilk üçlüyə belə düşə bilməmişdi. Bu dəfə isə bir anlıq səhv və rəqibin günündə olması nəticəyə təsir etdi. Hər bir yarışdan dərs çıxarmaq lazımdır. İnşallah, növbəti turnirlərdə hər şey daha da yaxşı olacaq”.
Nihad Süleymanlı qarşıdakı beynəlxalq yarışlarda Azərbaycanı daha yüksək səviyyədə təmsil etmək üçün hazırlıqlarını davam etdirəcəyini də qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 08 Noyabr 2026 00:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















