Nihal Candanın keçmiş əri tənqidlərə ilk dəfə cavab verdi
Icma.az, Pravda.az portalına istinadən məlumat verir.
23 kiloya düşərək vəfat edən sosial media fenomeni Nihal Candanın keçmiş həyat yoldaşı Faruk Çiçək ilk dəfə açıqlama verib.
Uzun müddət səssiz qalan Çiçək qayınanası Umut Candanın "Onu heç vaxt bağışlamayacağam" sözlərinə cavab verib.
"Nihalı mən öldürmədim", - deyən Çiçək xəstəxanaya yerləşdirilmə prosesində yanında olduğunu bildirib:
"Mənə görə xəstəxanalara düşmədi. Nihalı mən öldürmədim. Həbsxanaya getməmişdən əvvəl ayrılmağa qərar vermişdik. Nihal başqa haqsızlıqlara məruz qalanda boşanma davasında olduğum birinin yanında dayanmadığım üçün adımdan sui-istifadə edirlər? Xaricdə olsam da, qayıdıb xəstəxanaya getdim. Onunla reanimasiyada görüşdüm. Halallaşdıq. İnsanlıq borcumu yerinə yetirdim".
Qeyd edək ki, Nihal Candan anoreksiya nevroza xəstəliyindən əziyyət çəkirdi. 29 kiloqram olaraq xəstəxanaya yerləşdirilən fenomen orada həyatını itirib.
Musavat.com

