Nihal Candanın keçmiş həyat yoldaşı: Onu mən öldürmədim!
Icma.az, Baku.ws saytına istinadən bildirir.
Üç gün əvvəl vəfat edən sosial media fenomeni Nihal Candanın keçmiş həyat yoldaşı Faruk Çiçek açıqlama verib.
BAKU.WS xəbər verir ki, o keçmiş həyat yoldaşı Nihalın ona görə vəfat etmədiyini qeyd edib.
"Nihal həbsxanaya girməzdən əvvəl biz ayrılıq qərarı aldıq. Nihalı mən öldürmədim! O bəzi haqsızlıqlara uğradı. Biz onunla xəstəxanada halallaşıb, vidalaşdıq" - deyə Faruk bildirib.
Faruk bununla da keçmiş qayınanası Umut Candanın "Kürəkənimi heç vaxt bağışlamayacağam" sözlərinə cavab verib.
Xatırladaq ki, Nihal 3 güün əvvəl müalicə aldığı xəstəxananada dünyasını dəyişib. Onun çəkisi 23 kiloqrama düşmüşdü. Fenomen ürək tutmasından vəfat edib.
30 yaşlı Nihal Candan "İşte benim stilim" proqramı ilə məşhurlaşıb.


