NİİM: Həyatınızı 3 5 saniyə irəli düşmək istəyinə qurban verməyin
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 28 oktyabr, AZƏRTAC
İşıqforun qrımızı işığında gözləməli idi, ancaq dayanmadı və qəzanın baş verməsinə səbəb oldu. Müşahidələr onu deməyə əsas verir ki, bu cür yol-nəqliyyat hadisələrinin baş verməsinin əsas səbəbi bəzi sürücülərin qaydalardan məlumatlı olmasına baxmayaraq, qəsdən işıqforun qırmızı işığından keçməsi ilə bağlıdır. Yəni sürücülər “Yol hərəkəti haqqında” Qanunun 59-cu maddəsinin III hissəsində yer alan “qırmızı rəngli işığın yanması və ya yanıb-sönməsi-bu siqnal hərəkəti qadağan edir” tələbinin mahiyyətini dərk etsələr də, onların, sadəcə, bir neçə saniyə irəli düşmək istəyi qəzaların qeydə alınmasına gətirib çıxarır.
AZƏRTAC xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yaydığı məlumatda bildirilib.
Bildirilib ki, qanunun tələblərinə riayət edərək yollarda hərəkət etmək, işıqforun və nizamlayıcının siqnallarını yerinə yetirərək yola davam etmək yol hərəkəti iştirakçıları üçün məcburidir və bu, ən təhlükəsiz, rahat variantdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 28 Oktyabr 2025 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















