Icma.az
close
up
RU
Qadınlara çağırış: Heç bir kişiyə həyatınızı diqtə etməyə icazə verməyin

Qadınlara çağırış: Heç bir kişiyə həyatınızı diqtə etməyə icazə verməyin

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qadınlar, bu gün sizə bir həqiqəti xatırlatmaq vaxtıdır: sizin həyatınız - sizin qərarlarınızdır. Heç bir kişi, kim olur-olsun - ata, qardaş, nişanlı, ər - sizin yerinizə qərar vermək haqqına sahib deyil. Bu haqq sizə doğuşdan verilib və heç kim ondan sizi məhrum edə bilməz.

Cəmiyyət uzun illərdir qadınlara “belə etmə”, “orda işləmə”, “gecə çıxma”, “bunu geyinmə”, “səs yüksəltmə” kimi qadağalar qoyub. Bu qadağaların arxasında isə bir həqiqət dayanır: qadının müstəqil, sərbəst və güclü olmasından qorxurlar.
Qadınlar, unutmayın:
Sizin geyiminizi siz seçirsiniz.
Sizin işinizi siz seçirsiniz.
Sizin sevgini necə və kimdən alacağınızı siz seçirsiniz.
Sizin xoşbəxtliyinizə kiminsə icazəsi lazım deyil.
Heç kim “ailə adından”, “mentalitet adından”, “kişi sözü” adından sizə sərhəd çəkə bilməz. Siz heç kimin mülkü, namusu, imici deyilsiniz. Siz ayrıca bir insansınız – öz düşüncəniz, öz arzularınız, öz həyat yolunuzla.
Bir çox qadın hələ də başqalarının diktəsi ilə yaşayır:
– “Atam icazə vermir.”
– “Qardaşım deyir olmaz.”
– “Ərim qısqanır.”
Bəs siz nə istəyirsiniz?
Bu sualı özünüzə verin. Çünki sizin istəyiniz - ən vacib olandır.
Qadın olmaq susmaq demək deyil.
Qadın olmaq dözmək demək deyil.
Qadın olmaq başqasının kölgəsində yaşamaq demək deyil.
Qadın olmaq - güc, ağıl və iradə deməkdir.
Heç bir kişi sizin həyatınıza qanun yaza bilməz. Qadınlara “olmaz” demək dövrü bitib. Bu gün qadınlara yalnız bir kəlmə yaraşır: “İcazə vermə!”
İcazə vermə ki, kimsə sənin arzularını öldürsün.
İcazə vermə ki, sənin azadlığını əlinə alsın.
İcazə vermə ki, həyatını öz obrazına uyğunlaşdırmağa çalışsın.
Unutma: Həyat sənin həyatındır. Seçim sənin seçimindir. Sərhədlərini isə yalnız sən çəkə bilərsən.

İlkin Məmmədkərimov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:52
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 Noyabr 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see392

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see235

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see221

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see213

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see211

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see204

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see184

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see177

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see177

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see172

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see168

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see166

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see166

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see152

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see148

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see141

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see140

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see132

“Prob qoyublar da, tutsa, seksiyaları artıracaqlar” Foto

04 Yanvar 2026 11:57see130

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri