Icma.az
close
up
RU
Nikahdankənar doğulan uşaqları nələr gözləyir? VACİB MƏQAM KONKRET

Nikahdankənar doğulan uşaqları nələr gözləyir? VACİB MƏQAM KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Azərbaycanda dünyaya gələn uşaqların 15%-nin nikahdankənar doğulduğu açıqlanıb. Bu tendensiya cəmiyyətin sosial və psixoloji vəziyyəti ilə bağlı müxtəlif suallar doğurur. Nikahdankənar doğulan uşaqların psixoloji inkişafı, cəmiyyətin onlara münasibəti və sosial adaptasiya problemləri bu məsələnin ən vacib aspektlərindəndir.

Bu məqamda bəzi suallar və qaranlıq məqamlar ortaya çıxır: Cəmiyyətin nikahdankənar doğulan uşaqlara münasibəti onların psixologiyasına necə təsir edir? Bu uşaqların özünü qəbul etməsi və özgüvəni ilə bağlı hansı problemlər yaranır? Bu tip uşaqlar məktəb və sosial mühitdə hansı çətinliklərlə qarşılaşır?

KONKRET.az yenisabah.az-a istinadən xəbər verir ki, məsələni pedaqoq, uşaq psixoloqu Zeynəb Əyyubova ilə müzakirə edib. Onun sözlərinə görə, nikahdankənar doğulan uşaqların psixoloji inkişafına cəmiyyətin münasibəti birbaşa təsir edir:

“Əgər cəmiyyət bu uşaqlara qarşı damğalama yəni stiqmatizasiya edici yanaşırsa, onları fərqləndirirsə və ya mənfi münasibət göstərirsə, bu, uşağın özgüvəninin aşağı düşməsinə, özünü cəmiyyətdən kənar hiss etməsinə səbəb ola bilər. Belə uşaqlar bəzən sosial mühitdə qəbul edilmədiklərini düşünə bilər və bu, onların psixoloji rifahına mənfi təsir göstərir. Cəmiyyətin qəbul edən, dəstəkləyən yanaşması isə uşağın psixoloji sağlamlığını qorumağa kömək edə bilər.

Özgüvən uşağın formalaşması üçün əsas amillərdən biridir. Nikahdankənar doğulan uşaqlar əgər ailədə və yaxın ətrafda dəstək görürlərsə, onlar bu vəziyyəti daha sağlam qəbul edə bilirlər. Lakin ətrafdan gələn tənqid, etiketləmə və ya istənməyən söz-söhbətlər uşağın psixoloji travma yaşamasına səbəb ola bilər. Uşaq öz dəyərini şübhə altına ala, “mən cəmiyyətə lazımammı?” kimi sualları beynində daşıya bilər. Əgər bu hisslər uzun müddət davam edərsə, bu, depressiya, təşviş pozuntusu və ya sosial çəkingənlik kimi psixoloji problemlərə gətirib çıxara bilər”.

Pedaqoq onu da qeyd edib ki, məktəb və sosial mühitdə uşaqlar bəzən ailə strukturlarına görə fərqləndirilə bilirlər:

“Əgər müəllimlər və ya şagirdlər uşağın ailə vəziyyətini qabardırsa, bu, həmin uşağın utanc hissi keçirməsinə səbəb ola bilər. Həmyaşıdlarının  əsas da sinif yoldaşlarının onu fərqləndirməsi, “atan hanı?” və ya “niyə sənin ailən belədir?” kimi suallar uşağın psixoloji durumuna mənfi təsir edə bilər. Bununla yanaşı, bəzi hallarda sosial adaptasiya problemləri də yaranır, çünki uşaq özünü digərlərindən fərqli hiss etdiyi üçün sosial münasibətlər qurmaqda çətinlik çəkə bilər.

Burada əsas məsuliyyət valideynlərə, pedaqoqlara və ümumilikdə cəmiyyətə düşür. Valideynlər uşaqlarına onların dəyərli olduğunu başa salmalı, sevgi və qayğı göstərməlidirlər. Məktəblərdə isə inklüziv və empatik yanaşma tətbiq olunmalı, uşaqlar arasında sosial fərqlərin qabardılmasının qarşısı alınmalıdır. Cəmiyyətdə isə bu mövzuda maarifləndirmə aparılmalı, insanların düşüncəsində “nikahdankənar doğulmuş uşaq” anlayışının mənfi çalar daşımaması üçün iş görülməlidir.

Uşağın psixoloji sağlamlığı üçün ən vacib amil onun sevildiyini hiss etməsidir. Əgər uşaq sevgi və qayğı ilə böyüyərsə, o, cəmiyyətin mənfi təsirlərindən daha az zərər görəcək və sağlam bir fərd kimi formalaşacaqdır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://konkret.az
archiveBu xəbər 13 Mart 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri