Niki Reyx: Biz mövqelər arasındakı anlaşılmazlıqla bağlı şikayətləri eşitmişik
Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
"Biz rəsmi olaraq danışıqların planlaşdırılan son günündəyik. İqlim fəaliyyətində təsirlərin yumşaldılması, uyğunlaşma və itkilərdə ambisiyaların kilidini açmaq üçün tamamilə vacib olan maliyyədir".
Avtosfer.az xəbər verir ki, bunu Beynəlxalq Ətraf Mühit Hüququ Mərkəzində İqlim və Enerji Proqramının direktoru Niki Reyx COP29 çərçivəsində keçirilən Ətraf Mühit Hüququ Mərkəzinin mətbuat konfransında deyib.
"Biz mövqelər arasındakı anlaşılmazlıqla bağlı şikayətləri eşitmişik. Ona görə də biz bu gün danışıqların hazırkı vəziyyəti ilə bağlı nə edəcəyimizi, gözləntilərimizin nə olduğunu eşidəcəyik. Bu danışıqlarda gündəmdə olan digər əsas məsələlərdən biri Paris sazişinin 6-cı maddəsində nəzərdə tutulan karbon bazarı ilə bağlıdır ki, bununla bağlı hərəkətə keçmək lazımdır", - deyə proqram direktoru əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 22 Noyabr 2024 11:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















