Niklas Süle karyerasını başa vurdu
Icma.az bildirir, Qol.az portalına istinadən.
Dortmund "Borussiya"sının futbolçusu Niklas Süle 30 yaşında karyerasını başa vurub.
QOL.az xəbər verir ki, müdafiəçi bu haqda klubun saytına açıqlamasında danışıb.
Almaniyalı futbolçu 18 apreldə "Hoffenhaym"a 2:1 hesabı ilə uduzduqları matç zamanı dizindən zədə almasından sonra belə qərar qəbul etdiyini deyib.
"Karyeramı başa vurduğumu elan etmək istəyirəm. "Hoffenhaym"la oyundan sonra həkimimiz paltardəyişmə otağında məni müayinə etdi, fizioterapevtə baxdı və başını yellədi. Duşa girdim və təxminən 10 dəqiqə ağladım. Düşündüm ki, vəziyyət çox pisdir. Ertəsi gün MRT müayinəsinə getdim və xoş xəbər aldım. Mmənə 1000 faiz aydın oldu ki, artıq özümü riskə tmamalıyam. Budur, hər şey bitdi. Yaşamaq, tətilə getmək, uşaqlarımla vaxt keçirmək şansını gözləyərkən 3-cü dəfə açıq diz zədəsindən daha pis bir şey təsəvvür edə bilməzdim".
Qeyd edək ki, Süle karyerası ərzində "Hoffenhaym", "Bavariya" və "Borussiya"da oynayıb, Çempionlar Liqası da daxil olmaqla 14 kubok qazanıb.
Baxış sayı:70
Bu xəbər 07 May 2026 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















