Icma.az
close
up
RU
Nikol Paşinyan Azərbaycan xalqını təbrik etdi, Qərbi Azərbaycandan danışdı

Nikol Paşinyan Azərbaycan xalqını təbrik etdi, Qərbi Azərbaycandan danışdı

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Baş naziri Nikol Paşinyan Ermənistan Respublikasının vətəndaşlarına 8 avqust 2025-ci ildə ABŞ paytaxtında Azərbaycan Prezidenti ilə əldə olunmuş razılaşmaların ildönümü ilə bağlı müraciət edib.
Hurriyyet.Media -nın məlumatına görə, bu barədə Paşinyan özünün sosial şəbəkə hesabında paylaşım edib.

N.Paşinyan bildirib: “Bir il əvvəl bu gün - 2025-ci il avqustun 8-də Prezident Donald Trampın təşəbbüsü və iştirakı ilə ABŞ-ın paytaxtı Vaşinqtonda, Ağ Evdə keçirilən üçtərəfli görüşün nəticəsində Ermənistan və Azərbaycan arasında sülh bərqərar oldu. İndi artıq avqustun 8-i görüşünü Sülh Sammiti, orada mənim və Azərbaycan Prezidentinin qəbul etdiyi, ABŞ Prezidentinin də şahid kimi imzaladığı birgə bəyannaməni isə Sülh Bəyannaməsi adlandırırıq. Bu adlar 2025-ci il avqustun 8-nin gətirdiyi nəticəni tam şəkildə əks etdirir. Ermənistan və Azərbaycan arasında bərqərar olmuş sülh hər kəs üçün görünən və hissediləndir”. N.Paşinyan əlavə edib ki, 2026-cı il iyunun 7-də keçirilən parlament seçkilərində Ermənistan vətəndaşları yalnız sülhə etimad səs vermədilər, həm də sülhə sahib çıxdılar: “Bu, əlbəttə ki, sülh gündəliyinin reallaşdırılması yolunda son mənzilə çatdığımız demək deyildir. 2025-ci il avqustun 8-də Vaşinqtonda üç liderin hüzurunda Ermənistan və Azərbaycan Xarici İşlər nazirləri tərəfindən paraflanmış “Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin bərqərar olunması haqqında saziş” öz imzasını və ratifikasiyasını gözləyir, Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası hələ baş verməlidir, soydaşlarımızın Azərbaycanda azadlıqdan məhrum olması hamımızı çox həyəcanlandırır və narahat edir. Lakin aydındır ki, 2025-ci il avqustun 8-i bir sərhəd xəttidir və Ermənistan Respublikasının tarixini bundan əvvəlki və bundan sonrakı dövrə bölə bilərik. 2025-ci il avqustun 8-dən əvvəl dövlətimiz çıxılmaz vəziyyətdə idi, 2025-ci il avqustun 8-dən sonra isə qarşımızda ucu-bucağı görünməyən perspektivlər açılıb. Bunlardan istifadə edib-etməmək bizim kollektiv iradəmizdən, biliklərimizdən və dünyanı, eləcə də öz tariximizi öyrənmək qabiliyyətimizdən asılıdır”.

Ermənistanın baş naziri daha sonra bildirib: “Vaşinqton Sülh Sammitinin ən böyük siyasi və sosial-psixoloji nəticəsi məhz bundadır: tariximizin sükanı yenidən bizim əlimizdədir. Bu, yolun mükəmməl və təhlükəsiz olduğu demək deyil, bu, bizim qərarlarımızın gələcək taleyimizi müəyyən edən əsas amil olduğu deməkdir və bu, tarixi bir dönüş nöqtəsidir. Ötən dövr və Milli Məclisə seçkilərin nəticələri bir daha sübut edir ki, biz bir dövlət və xalq olaraq öz taleyimizə sahib çıxmağa qadirik və buna görə hamınıza və hər birinizə, Ermənistan Respublikasının sevgili vətəndaşları, təşəkkür etmək istəyirəm”.

N.Paşinyan qeyd edib ki, Vaşinqton Sülh Sammitinin en mühüm nəticələrindən biri də “Beynəlxalq Sülh və Rifah naminə Tramp Yolu” (TRIPP) layihəsidir: “Bu layihə çox yaxın gələcəkdə yalnız Ermənistanın blokadasına son qoymaqla və Ermənistan ilə region iqtisadiyyatının milinə çevrilməklə qalmayacaq, həm də Ermənistan və Azərbaycanın bir-birini maneə kimi yox, yol kimi, qonşu kimi qəbul etməsinə kömək edəcək. Yaxın vaxtlarda biz TRIPP layihəsinin praktiki icrasına başlayacağıq və bu, böyük regional və beynəlxalq hadisəyə çevriləcək”.

Hökumət başçısı vurğulayıb ki, Ermənistan və Azərbaycan münaqişəsi səhifəsi bağlanıb, sülh bərqərar olub və bu, gözlərinizin önündədir, sizin həyatınız və gündəlik məişətinizdir: “Hər hansı bir sülhü bərqərar etmək asan deyil, bizim sülhün bərqərar olunması da asan olmayıb. Lakin istənilən sülhü pozmaq və puç etmək həddindən artıq asandır və bunu çox sürətlə etmək olar”.

N.Paşinyan müraciətinin sonrakı hissəsində Qərbi Azərbaycan məsələsi ilə Qarabağdan könüllü köçmüş ermənilər mövzusunda paralellik aparmağa çalışıb: “Bu gün bir çoxları - bəziləri məqsədli şəkildə, bəziləri isə qeyri-ixtiyari - sülhü pozmaq məntiqi ilə hərəkət edirlər və bu fəaliyyət bəzən xoşagələn və ya “vətənpərvərlik” tüstü pərdəsi altında gizlədilir. Bəzəksiz-düzəksiz demək istəyirəm: sülhü dönməz etmək üçün “Dağlıq Qarabağ ermənilərinin qayıdışı” və “Azərbaycandan olan erməni qaçqınların qayıdışı” hüququ haqqında, Azərbaycanda isə “Qərbi Azərbaycan və qərbi azərbaycanlıların qayıdışı” hüququ haqqında fikirlrəi davam etdirməmək zərurətdir. Bu, gələcək nəsillərimizin dinc yanaşı yaşamaq hüququ naminə həm Ermənistanda, həm də Azərbaycanda həll olunmalı bir məsələdir. Bu gün maddiləşdirməli və təqib etməli olduğumuz hüquq məhz budur və biz buna zidd olan hər hansı söylemin öhdəsindən gələ bilməliyik”.

N.Paşinyan ABŞ lideri Prezident Trampa ülhün bərqərar olunmasında göstərdiyi danılmaz səylərə görə təşəkkür edib. Həmçinin Ermənistan xalqına 8 avqust münasibətilə təbrik ünvanlayıb. Daha sonra N.Paşinyan “Azərbaycan xalqını 8 avqust münasibətilə təbrik edirəm. Nəhayət, bizi alovlandıran deyil, sakitləşdirən bir günümüz var”, deyə bildirib. O, müraciətini “Yaşasın sülh!” sözləri ilə bitirib.

Ermənistanın baş naziri Nikol Paşinyanın ünvanladığı mesajlar təqdirolunandır. Amma unutmamalıdır ki, bu, sülh şəraiti məhz Azərbaycan Prezidentinin bölgədə sülh və təhlükəsizliyin təmin olunması istiqamətində prinsipial siyasəti nəticəsində yaranıb və proseslər Vaşinqton danışıqlarına, ABŞ liderinin şahidliyi ilə sülh sənədinin paraflanmasına qədər inkişaf yolu keçib. Amma bu proseslə bağlı İrəvanın üzərinə götürdüyü ev tapşırıqlarını icra etməsini gecikdirməsi, ləngimə ilk növbədə Ermənistan üçün zərərli nəticələr verə bilər. Xüsusilə də sülhün imzalanmasının ilkin şərti olan konstitusiyanın dəyişdirilməsindən söhbət gedir. Amma N.Paşinyan nədənsə bu mövzudan yayınır. Digər tərəfdən Zəngəzur dəhlizi ilə bağlı işlərə də nəhayət, başlamaq, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında maneəsiz gediş-gəlişin təmin olunmasına imkan yaratmaq lazımdır. Qərbi Azərbaycandan zorla qovulmuş azərbaycanlılarla Qarabağdan könüllü getmiş ermənilərin məsələsini isə eyniləşdirmək olmaz, Paşinyan nəhayət, bunu dərk etməlidir. Azərbaycanlıların öz yurdlarına ləyaqətli qayıdışı sülhün əbədiliyini təmin edən əsas amillərdəndir!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 08 Avqust 2026 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see368

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see343

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see338

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see329

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see300

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see296

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see275

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see257

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see244

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see236

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see229

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see219

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see205

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see200

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see199

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see187

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see185

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see183

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri