Nikol Paşinyan: Yeni konstitusiyanın qəbulu ilə bağlı gündəliyimiz var
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Bizim yeni konstitusiyanın qəbulu ilə bağlı gündəliyimiz var və mən son tarix kimi 2027-ci ili göstərmişəm. İndi layihə üzərində işləyirik və hazır olanda referendum keçirəcəyik".
Oxu.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu sözləri baş nazir Nikol Paşinyan jurnalistlərlə söhbətində deyib.
O əmin edib ki, bunun indiki sülh prosesilə heç bir əlaqəsi yoxdur, baxmayaraq ki, strateji baxımdan təsir göstərə bilər.
"Mən, həmçinin bildirmişdim ki, əgər ratifikasiya prosesi gedişatında Konstitusiya Məhkəməmiz Azərbaycanla indi paraflanmış və sonradan imzalanacağı halda sülh sazişinin konstitusiyaya zidd olduğu barədə qərar çıxararsa, mən özüm konstitusiyaya dəyişikliklərlə bağlı təşəbbüs göstərəcəyəm. İndi bu barədə düşünməyə ehtiyac yoxdur", - deyə Paşinyan qeyd edib.
Baxış sayı:31
Bu xəbər 21 Avqust 2025 15:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















