Icma.az
close
up
RU
Nikol Türkiyədən dönən kimi başladı: Kremlə bağlı olanlar...

Nikol Türkiyədən dönən kimi başladı: Kremlə bağlı olanlar...

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistanda olduqca maraqlı proseslər baş verir: 2026-cı ildə keçiriləcək parlament seçkiləri öncəsi Baş nazir Nikol Paşinyan hazırkı imkanlarından istifadə edərək, Rusiyaya bağlı bütün hücrələri dağıtmağa girişib.

Sonuncu – kilsəyə qarşı başlayan mübarizə Ermənistanın uzun onillərdir Rusiyanın kök atdığı və bütün regional istəklərinə ideoloji don geyindirdiyi “strukturlaşmış pətəy”ə hücumdur. Rusiya 19-cu əsrdən – erməniləri Qafqaza köçürəndən kilsədən maksimum istifadə edib, Alban abidələrinin, Albaniyanın xristian irsinin “erməni apostol kilsəsi” adına saxtalaşdırılmasından tutmuş bu strukturun ermənilər içərisində “toxunulmaza” çevrilməsinə və dünyaya yayılmasına qədər – bütün proseslərə Rusiya “dərin dövləti” rəhbərlik edib, maliyyələşdirib, “tarix” yaradıb, ermənilər üçün “dini əsaslandırma” hazırlayıb və məhz kilsənin əli ilə də erməniləri Cənubi Qafqazda, o cümlədən Birinci Dünya müharibəsi illərində maşaya çevirib, onlardan maksimum istifadə edib.

Paşinyan korrupsiyalaşmış, nüfuzdan düşmüş və erməni cəmiyyəti tərəfindən rədd edilən Sərkisyan-Köçəryan cütlüyünü asanlıqla məğlub etdikdən sonra onların təsir imkanlarını uzun müddətdir kəsib-tökür - hətta 44 günlük müharibənin Aprel savaşının nəticəsi olduğunu, Sərkisyan-Köçəryan cütlüyünün işğalla Ermənistanı əsir saxladığını cəsarətlə dilə gətirməklə. Hazırda isə Ermənistanı növbəti dəfə Rusiyanın Cənubi Qafqazda “təsir imkanlarını artırmaq üçün istifadə imkanı yaradan” qurumlara qarşı proses başladıb.

Rusiya ilk dəfə kilsədən istifadə imkanı və gücünü Keşiş Baqratın timsalında daha qabarıq göstərmişdi – o vaxta qədər kilsə işğal ssenarilərində vətənpərvər simaya bürünməklə, ictimaiyyətin daxilinə “rus virusu”nu sezilmədən yayırdı. “Kurator” geniş maliyyə imkanları və kilsənin birbaşa dəstəyi ilə başladılan “yürüş” fiaskoya uğrayandan sonra “müvəqqəti geriçəkilmə”yə məcbur oldu, ancaq kilsəyə verilən tapşırıqlar dayanmadı.

Paşinyan isə məqam gözləyirdi və bu məqam yetişdi: kilsə rəhbərlərinin əslində necə çirkin olduqları ictimaiyyətə elan edildi, Nikol ən ağır sözlərlə onların təhqirinə və ifşasına başladı. Məlum oldu ki, ermənilərin “sitayiş etdiyi” kilsə mənsubları, o cümlədən II Qaregin əxlaqsızdır, subaylıq andını pozub, övlad sahibidir və s.

Bunun ardınca milyarder Samvel Karapetyana təzyiqlər və onun həbsi gündəmə gəldi. Həm də Paşinyan açıq oynayır – Karapetyan nə korrupsiya, nə rüşvət, nə vergidən yayınma ilə ittiham olunur; ona qarşı irəli sürülən ittiham birbaşa “hakimiyyətin ələ keçirilməsinə cəhd”dir və bu da təsadüfi deyil.

Karapetyan Rusiya vətəndaşıdır, “məxməri inqilabdan” sonra Rusiyanın tövsiyəsi ilə Ermənistana yatırım etdi; nə qədər qəribə də olsa, Rusiya XİN sözçüsü Mariya Zaxarova Karapetyanın Rusiyanın göstərişi ilə Ermənistana getdiyini etiraf etdi və bunu “Paşinyanın qarant verməsi”, “valyuta cəlb etmə çağırışı” ilə əlaqələndirdi.

Paşinyan bir tərəfdən enerji strukturlarını Rusiyanın əsarətindən xilas etməyə çalışırsa, digər tərəfdən Kremlin yerdəki ən ciddi maliyyə mənbəyini zərərsizləşdirmək istəyir.

Bəs niyə indi? Xatırlatdığımız kimi, çünki məqam yetişib:

1. Bir neçə gün öncə “Moskva Tayms” nəşri yazdı ki, son səsvermədə Ermənistanın Rusiya ilə əlaqələrinə müsbət baxan ermənilər 31% təşkil edir, halbuki 2019-cu ildə bu rəqəm 93% olmuşdu;

2. Rusiyanın Ermənistanda təsiri kəskin azalıb – o səviyyədə ki, artıq İrəvanın özündə belə gənclər rus dilini bilmir, rusca başa düşmür;

3. Rusiyanın siyasi təsir rıçaqları olan iki qoca – Sərkisyan və Köçəryan cəmiyyətdə qəbul edilmirlər;

4. Paşinyan Türkiyə və Azərbaycanla münasibətləri nizama salmaq, Türkiyə ilə sərhədi açmaq və Türkiyə üzərindən Avropaya çıxmağı hədəfləyir...

O məqalədə ən maraqlı məqam Kremlin Vladimir Putinin administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenkoya 2026-cı il parlament seçkilərinə qədər Ermənistanda Rusiyanın təsirini bərpa etmək tapşırığı verməsi və bu istiqamətdə fəaliyyətin başlandığı qeydidir.

Görünür, Paşinyan da bu “fəaliyyətə” qarşı aktiv müqavimətə başlayıb və Rusiyanın hakimiyyət dəyişikliyi ssenarisini sıfırlamaqla məşğuldur.

Kilsəyə, o cümlədən Karapetyana qarşı prosesin Paşinyanın Türkiyə səfəri və Ərdoğanla görüşü öncəsi başlaması da diqqətçəkicidir. Paşinyanın Türkiyədən qayıtdıqdan sonra Keşiş Baqratın hakimiyyət çevrilişində birbaşa iştirakda ittiham edib, evində axtarışlara başlanılması, o cümlədən Daşnaksütyun Partiyası mənsublarının da bu cinayət təqibinin hədəfinə çevrilməsinə kompleks yanaşma tələb edilir. /axar.az/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 25 İyun 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see336

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see320

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see314

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see285

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see280

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see271

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see259

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see256

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see247

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see245

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see239

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see238

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see234

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see224

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see207

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see200

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see194

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see179

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri