Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Paşinyan Türkiyədən dönən kimi həbslərə başladı: Nə baş verir?

Paşinyan Türkiyədən dönən kimi həbslərə başladı: Nə baş verir?

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Ermənistanda olduqca maraqlı proseslər baş verir: 2026-cı ildə keçiriləcək parlament seçkiləri öncəsi Baş nazir Nikol Paşinyan hazırkı imkanlarından istifadə edərək, Rusiyaya bağlı bütün hücrələri dağıtmağa girişib.

Sonnuncu – kilsəyə qarşı başlayan mübarizə Ermənistanın uzun onillərdir Rusiyanın kök atdığı və bütün regional istəklərinə ideoloji don geyindirdiyi “strukturlaşmış pətəy”ə hücumdur. Rusiya 19-cu əsrdən – erməniləri Qafqaza köçürəndən kilsədən maksimum istifadə edib, Alban abidələrinin, Albaniyanın xristian irsinin “erməni apostol kilsəsi” adına saxtalaşdırılmasından tutmuş bu strukturun ermənilər içərisində “toxunulmaza” çevrilməsinə və dünyaya yayılmasına qədər – bütün proseslərə Rusiya “dərin dövləti” rəhbərlik edib, maliyyələşdirib, “tarix” yaradıb, ermənilər üçün “dini əsaslandırma” hazırlayıb və məhz kilsənin əli ilə də erməniləri Cənubi Qafqazda, o cümlədən Birinci Dünya müharibəsi illərində maşaya çevirib, onlardan maksimum istifadə edib.

Paşinyan korrupsiyalaşmış, nüfuzdan düşmüş və erməni cəmiyyəti tərəfindən rədd edilən Sərkisyan-Köçəryan cütlüyünü asanlıqla məğlub etdikdən sonra onların təsir imkanlarını uzun müddətdir kəsib-tökür - hətta 44 günlük müharibənin Aprel savaşının nəticəsi olduğunu, Sərkisyan-Köçəryan cütlüyünün işğalla Ermənistanı əsir saxladığını cəsarətlə dilə gətirməklə. Hazırda isə Ermənistanı növbəti dəfə Rusiyanın Cənubi Qafqazda “təsir imkanlarını artırmaq üçün istifadə imkanı yaradan” qurumlara qarşı proses başladıb.

Rusiya ilk dəfə kilsədən istifadə imkanı və gücünü Keşiş Baqratın timsalında daha qabarıq göstərmişdi – o vaxta qədər kilsə işğal ssenarilərində vətənpərvər simaya bürünməklə, ictimaiyyətin daxilinə “rus virusu”nu sezilmədən yayırdı. “Kurator” geniş maliyyə imkanları və kilsənin birbaşa dəstəyi ilə başladılan “yürüş” fiaskoya uğrayandan sonra “müvəqqəti geriçəkilmə”yə məcbur oldu, ancaq kilsəyə verilən tapşırıqlar dayanmadı.

Paşinyan isə məqam gözləyirdi və bu məqam yetişdi: kilsə rəhbərlərinin əslində necə çirkin olduqları ictimaiyyətə elan edildi, Nikol ən ağır sözlərlə onların təhqirinə və ifşasına başladı. Məlum oldu ki, ermənilərin “sitayiş etdiyi” kilsə mənsubları, o cümlədən II Qaregin əxlaqsızdır, subaylıq andını pozub, övlad sahibidir və s.

Bunun ardınca milyarder Samvel Karapetyana təzyiqlər və onun həbsi gündəmə gəldi. Həm də Paşinyan açıq oynayır – Karapetyan nə korrupsiya, nə rüşvət, nə vergidən yayınma ilə ittiham olunur; ona qarşı irəli sürülən ittiham birbaşa “hakimiyyətin ələ keçirilməsinə cəhd”dir və bu da təsadüfi deyil.

Karapetyan Rusiya vətəndaşıdır, “məxməri inqilabdan” sonra Rusiyanın tövsiyəsi ilə Ermənistana yatırım etdi; nə qədər qəribə də olsa, Rusiya XİN sözçüsü Mariya Zaxarova Karapetyanın Rusiyanın göstərişi ilə Ermənistana getdiyini etiraf etdi və bunu “Paşinyanın qarant verməsi”, “valyuta cəlb etmə çağırışı” ilə əlaqələndirdi.

Paşinyan bir tərəfdən enerji strukturlarını Rusiyanın əsarətindən xilas etməyə çalışırsa, digər tərəfdən Kremlin yerdəki ən ciddi maliyyə mənbəyini zərərsizləşdirmək istəyir.

Bəs niyə indi? Xatırlatdığımız kimi, çünki məqam yetişib:

1. Bir neçə gün öncə “Moskva Tayms” nəşri yazdı ki, son səsvermədə Ermənistanın Rusiya ilə əlaqələrinə müsbət baxan ermənilər 31% təşkil edir, halbuki 2019-cu ildə bu rəqəm 93% olmuşdu;

2. Rusiyanın Ermənistanda təsiri kəskin azalıb – o səviyyədə ki, artıq İrəvanın özündə belə gənclər rus dilini bilmir, rusca başa düşmür;

3. Rusiyanın siyasi təsir rıçaqları olan iki qoca – Sərkisyan və Köçəryan cəmiyyətdə qəbul edilmirlər;

4. Paşinyan Türkiyə və Azərbaycanla münasibətləri nizama salmaq, Türkiyə ilə sərhədi açmaq və Türkiyə üzərindən Avropaya çıxmağı hədəfləyir...

O məqalədə ən maraqlı məqam Kremlin Vladimir Putinin administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenkoya 2026-cı il parlament seçkilərinə qədər Ermənistanda Rusiyanın təsirini bərpa etmək tapşırığı verməsi və bu istiqamətdə fəaliyyətin başlandığı qeydidir.

Görünür, Paşinyan da bu “fəaliyyətə” qarşı aktiv müqavimətə başlayıb və Rusiyanın hakimiyyət dəyişikliyi ssenarisini sıfırlamaqla məşğuldur.

Kilsəyə, o cümlədən Karapetyana qarşı prosesin Paşinyanın Türkiyə səfəri və Ərdoğanla görüşü öncəsi başlaması da diqqətçəkicidir. Paşinyanın Türkiyədən qayıtdıqdan sonra Keşiş Baqratın hakimiyyət çevrilişində birbaşa iştirakda ittiham edib, evində axtarışlara başlanılması, o cümlədən Daşnaksütyun Partiyası mənsublarının da bu cinayət təqibinin hədəfinə çevrilməsinə kompleks yanaşma tələb edilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:196
embedMənbə:https://axar.az
archiveBu xəbər 25 İyun 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see636

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see361

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see332

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see252

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see244

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see242

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see227

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see222

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see221

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see211

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see203

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see197

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see195

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see193

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see192

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see188

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see182

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see179

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see171

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri