Icma.az
close
up
RU
Nikol Vova, 1969 cu ildə Alaverdi rayonu necə “Tumanyan” oldu, bilirsənmi?!

Nikol Vova, 1969 cu ildə Alaverdi rayonu necə “Tumanyan” oldu, bilirsənmi?!

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistan rəhbərliyinin “val”ı dəyişməsindən son günlər çox yazılır, deyilir. Baş nazir Nikol Paşinyanın BMT Baş Assambleyasından sonra AŞ PA-da da absurd fikirlərlə çıxış etməsi, tarixi Zəngəzuru danmaq cəhdləri təbii ki, təsadüf deyil. Bu, Ermənistan rəhbərliyinin sülhü pozmaq cəhdidir. Uşaqların oyun zamanı cığallıq edərək “oynamıram” deməsinə də bənzəyir, zəif güləşçinin hansısa bəhanələrlə mübarizədən yayınmasına da. Nikol Paşinyan isə son ziddiyyətli mövqeyi - əslində mövqesizliyi – ilə sülhü, daimi sabitliyi, təhlükəsizliyi pozmağa yönəlik hərəkətlər etməkdədir. Yoxsa sənin nə dərdinə qalıb ki, deyirsən Azərbaycan niyə “Zəngəzur” deyir?

Azərbaycan Zəngəzura nə deməlidir, qondarma “Sünik”mi?! Paşinyanın sərsəm fikirlərindən sonra Ermənistan təhlükəsizlik katibi Armen Qriqoryan da eyni iddiaları mızıldanıb, bu dəfə MDB tədbirində. Qriqoryan Qərbə can atan və Rusiyadan, onun iştirakçı olduğu tədbirlərdən yan qaçan fiqurlardan sayılırdı. Amma görünür nələrsə baş verib ki, Nikol Paşinyanın Moskva səfərindən sonra Qriqoryan da Minskdəki tədbirə qatılıb. Özü də bunlar bir-birinin ardınca Zəngəzur dəhlizi ifadəsindən “möhkəm incidiklərini” biruzə veriblər. Erməni xəstəliyi görünür mövsümlə əlaqədar vaxtaşırı baş qaldırır, yoxsa nə baş verdi ki, “biz sülhə hazırıq, dəhlizi açmalıyıq, bundan bütün ölkələr fayda götürəcək”, deyən Ermənistan rəhbərliyi birdən-birə Zəngəzur dəhlizi ifadəsini bəhanə edib qeyri-konstruktiv mövqelər sərgiləməyə başladılar? Bu, ona bənzəyir ki, toya çağırılırsan, ancaq yolun yarısında deyirsən, yox, mən toya getmirəm, bəyin adı xoşuma gəlmir. ABŞ 8 avqust razılaşmasına uyğun olaraq artıq “toyun pulu”nu da yazdırıb, 145 milyon manat ilkin tranş da ayırıb, Paşinyanla Qriqoryan indi şantaja başlayıblar. Azərbaycan Prezidenti Zəngəzur dəhlizi - “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) ilə bağlı BMT kürsüsündən çıxış edərkən onu “mən sizinlə fəxr edirəm”, deyən Donald Tramp da dinləyirdi. Əgər hansısa narahatlığı olsaydı, elə ordaca dostyana fikrini bildirərdi. Bu mənada Paşinyanın “işverənliyi”nə ehtiyac yoxdur. Belə şeylər bir ölkənin başçısına yaraşmayan hərəkətlərdir.

Bir də ki, biz Paşinyanda nə qədər səhv tutacağıq, onun islahı üçün çalışacağıq?! Bəlkə istəyir arxivləri qaldıraq, “real Ermənistan” arzusunu da hay hakimiyyətinin qursağında qoyaq?! Hələ Cavidan, Cavanşir, Babək dövründə xürrəmilərin ərəblərə qarşı savaşlarının əsas mərkəzlərindən, 30 ildən artıq sürən qanlı döyüşlərin məkanı olan ərazilərdən biri olan Zəngəzur haqda tarixi materialları masaya çıxartsaq, onda necə? Yaxud Yelizavetpol quberniyası tərkibində inzibati ərazi vahidi olmuş Zəngəzur qəzasında daşnakların törətdiyi qətliamları xatırladaq, yüzlərlə kəndimizin, qəbristanlıqlarımızın, abidələrimizin yer üzündən silinməsinin hesabını istəyək, toponimlərimizin nə səbəbə dəyişdirilməsinin səbəbini soruşaq! Ermənistan rəhbərliyi Azərbaycanı daha sərt addımlara vadar etməkdədir. “Sünik” nə vaxtdan ortaya çıxıb, əgər bu ərazilərə haylar 1928-ci ildən, Azərbaycan əraziləri Rusiya və İran arasında bölüşdürüləndən sonra köçürülübsə?..

Toponimlərimizin dəyişdirilməsinin son nümunələri ötən əsrin sonlarınadək gəlib çıxır, amma hələ “unudulan”lar var – Zəngəzur Mis-Molibden Zavodu kimi...1969-cu ilin 19 sentyabrında Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin sədri H.Harutyunyan və Rəyasət Heyətinin katibi A.Qalstanyanın imzası ilə imzalanmış fərman bilirsinizmi nəyə aid idi. Xatırladaq: “Böyük erməni yazıçısı Hovhannes Tumanyanın anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq və onun xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Ermənistan SSR-in Alaverdi rayonu Ermənistan SSR-in Tumanyan rayonu adlandırılsın”. Nikol Paşinyanın belə faktlardan xəbəri yoxdurmu? Elə isə buradan sual edək: Nikol Vovai, Alaverdi necə "Tumanyan" oldu, bilirsənmi?!

Təbii ki, xəbəri olmamış deyil, sadəcə erməni cığallığıdır. Həm də Rusiyada qulağına nə pıçıldsayıblarsa, “val”ı dəyişib: Vaşinqton anlaşmasını pozmaqdan ötrü hərəkətə keçib. Nikol cavab versin: Alaverdi rayonu necə Tumanyan olubsa, Zəngəzur də o cür “Sünik” olub! Qarabağı “Artsax”, Şuşanı “Şuşi” etmək istədilər, arzuları gözlərində qaldı. İndi də Zəngəzur adına dil uzadırlar. Xoşunuz gəlmir, köçün, cəhənnəm olun Qərbi Ermənistandan, həmçinin Qərbi Zəngəzurdan! Gəmidə - Azərbaycanın tarixi ərazilərində - oturub, gəmiçi ilə dava etmək buna deyərlər...

Təkcə bu da deyil, erməniləri guya “real Ermənistan” qurmağa inandırmaq istəyən Paşinyan məhz Rusiya səfərindən sonra deyib ki, sülh müqaviləsi imzalandıqdan sonra sənəd Konstitusiya Məhkəməsinə göndəriləcək və əgər Məhkəmə konstitusiya ilə sülh sənədi arasında uyğunsuzluq müəyyən edərsə, o halda konstitusiya ilə bağlı referenduma gedilə bilər. Yəni bir müddət öncə dediyi “seçkidən sonra referendum olacaq”, vədini danmış olur. Ermənistan Konstitusiya Məhkəməsi ötən il iddia etmişdi ki, ölkə konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası yoxdur, yəni Türkiyə və Azərbaycana qarşı iddiaya kor olmuşdular. İndi də ölkənin “realisti” bənzər mövqe sərgiləyir.

Anlamır ki, Azərbaycan Prezidenti SÖZünü deyib: Azərbaycana qarşı ərazi iddialarının əksini tapdığı konstitusiya və normativ hüquqi sənədlər dəyişdirilməyinsə, sülh sənədinin imzalanmasının mənası yoxdur! Üstəlik, Paşinyanın yersiz dilə gətirdiyi “sülh kəsişməsi” adlı mücərrəd layihə də “2 qəpiklikdir”. Bütün bunları Ermənistan rəhbərliyi qulağından sırğa etməlidir, daha qulağına pıçıldayıb “ev tapşırığı” ilə Amerika, Avropaya yollayan Kremli dinləməməlidir.

Sözsüz ki, Paşinyan çıxılmazlıq sindromu ilə üz-üzə qalıb. Xüsusilə də son günlər ölkəsində avtomat silahların yenidən işə salınması, siyasi qətllərin baş verməsi elə baş nazirə xəbərdarlıqdır. Seçki ilində daha nələr ola bilər, 28 oktyabr 1999-cu il gülləboranın ildönümü ərəfəsində Paşinyan bu barədə kifayət qədər düşünür. Amma xilas yolu sülhü pozmaq, bəhanələrlə Zəngəzur dəhlizindən imtina deyil. Bəli, Rusiyanın Ermənistandakı səfiri “Rusiya bazası Ermənistandan getməyəcək”, deməklə Paşinyanı hədələyir. Eyni zamanda Zəngəzur dəhlizi boyunca rus sərhədçilərinin düzülməsi təsadüfən BBC reportajında yayımlanmadı. Paşinyan hələ bilmir ki, ruslar Gümrü bazasına nələr daşıyırlar. Amma Rusiyanın seçki sürprizindən xilas olmağın yolu düzgün seçilməyib. Vaxtilə Paşinyanın sələfləri də Kremlin göstərişlərini icra etdilər, ölkələrinin və özlərinin taleyi göz önündə! Bizdən demək...

Elşad PAŞASOY /musavat.com/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 01 Oktyabr 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see348

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see332

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see332

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see312

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see309

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see295

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see258

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see252

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see241

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see227

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see218

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see206

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see201

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see199

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see194

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see192

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see192

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see177

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri