Nikuşor prezidenti seçkilərinin qalibi açıqlanıb Əsas namizəd uduzdu
Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Mayın 18-də Rumıniyada keçirilən prezident seçkilərinin ikinci turunda müstəqil, avropayönlü namizəd, paytaxt meri Nikuşor Dan səslərin 54,17 faizini, onun rəqibi, “Rumınların Birliyi Uğrunda Milli Alyans”ın lideri George Simion isə 45,83 faiz səs toplayıb.
"Report"un xəbərinə görə, bu nəticələr bülletenlərin 98,56 faizi hesablandıqdan sonra Daimi Seçki Administrasiyasının saytında dərc olunub.
Rumıniya mətbuatı Danı seçkinin qalibi elan edib, hazırda 850 000 səsin sayılması qalır, namizədlər arasında mövcud fərq 898 000 səsdir.
Danın bir neçə min tərəfdarı onun seçki qərargahının qarşısında toplaşaraq "Nikuşor!" "Avropa!" "Rumıniya!" qışqırırlar. Rumıniyanın gələcək prezidentinin çıxış edəcəyi gözlənildiyi üçün paytaxtın mərkəzindəki Yelizabet bulvarında nəqliyyatın hərəkəti bağlanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 19 May 2025 07:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















