Nişan girişi qadağan edir, xətt isə icazə verir Haqsız cərimələr yazılır FOTO
Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Oktyabr ayından etibarən, Bakının İstiqlaliyyət küçəsinin Azərbaycan prospekti ilə kəsişməsindən Əziz Əliyev küçəsinədək avtomobil hərəkəti məhdudlaşdırılıb. Qoşa Qala istiqamətinə hərəkət məhdudlaşdırıldığı üçün Azərbaycan prospektilə kəsişmədə girişi qadağan edən nişan da quraşdırılıb. Lakin İstiqlaliyyət küçəsində düzünə hərəkəti bildirən 1.18 nişanlanma xəttləri hələ də silinməyib. Dəyişiklikdən xəbəri olmayan sürücülər nişanlanma xəttini üstün tutaraq düzünə hərəkət edirlər. Bu zaman yol polisi tərəfindən cərimələnirlər. Bu barədə sürücülərdən biri sosial şəbəkədə məlumat paylaşaraq öz narazılığını bildirib.
Qeyd edək ki, qanunvericiliyə görə, nişanlar arasında ziddiyət olmamalıdır. Ziddiyyət yarandıqda isə sürücü tətbiq edilən nişanlardan birini üstün götürüb hərəkət edə bilər.
Ümid edirik ki, hərəkətin təşkili ilə məşğul olan qurumlar tez bir zamanda yaranmış ziddiyyəti aradan qaldıracaq.
Fərid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 22 Yanvar 2025 16:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















