“Niva” dərəyə aşdı Ər arvad öldü
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Şamaxıda ağır yol-nəqdliyyat hadisəsi baş verib.
"Qafqazinfo"nun məlumatına görə, hadisə Qızmeydan kəndi ərazisində olub.
Belə ki, hərəkətdə olan "Niva" markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb.
Hadisə zamanı 1956-cı il təvəllüdlü Şövkət Aslanova ölüb, sürücü, 1951-ci il təvəllüdlü Mətləb Aslanov isə ağır bədən xəsarətləri alaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
***
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verib.
Vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şamaxı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "VAZ 2121" Niva markalı minik avtomobilinin idarəetməni itirərək dərəyə aşması nəticəsində yol-nəqliyyat qəzasının baş verdiyi və sürücünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1951-ci il təvəllüdlü Aslanov Mətləb İsmayıl oğlu və sərnişin, 1956-cı il təvəllüdlü Aslanova Şövkət Qasım qızının meyiti dərədən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
***
AZƏRTAC-ın məlumatına görə, vəfat edən Ş.Aslanovanın həyat yoldaşı, 1951-ci il təvəllüdlü Mətləb Aslanov Şamaxı Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 20 Avqust 2026 09:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















