Niyazi Bayramov sakinlərin müraciətlərini dinlədi FOTOLAR
Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov M.Ə.Sabir adına 5 nömrəli tam orta məktəbdə növbəti vətəndaş qəbulu keçirib. Görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
"Unikal" xəbər verir ki, sakinlərin müraciətlərini dinləyən Niyazi Bayramov işlə təminat, maddi yardımın göstərilməsi və digər sosial məsələlərlə bağlı qaldırılan problemlərə münasibət bildirib.
Şəhər rəhbəri səsləndirilən müraciətlərin operativ həlli üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib. Bir sıra məsələlər yerindəcə həllini tapıb, digərləri isə araşdırılaraq qanunvericiliyə uyğun şəkildə icra olunmaq üçün qeydiyyata götürülüb.
Sakinlər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 27 Noyabr 2025 10:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















