Icma.az
close
up
RU
Niyə anlaşa bilmədilər?

Niyə anlaşa bilmədilər?

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

"İran və ABŞ arasında elektron qaydada memorandum imzalansa da, tərəflər arasında Hörmüz boğazında logistika və təhlükəsizlik məsələləri, eləcə də Yaxın Şərqin təhlükəsizlik problemləri, İsrail-Livan münasibətləri və nəhayət, İranın nüvə proqramı ilə bağlı fərqli yanaşmalar səbəbindən nəzərdə tutulan anlaşma əldə olunmayıb".

Bunu “Cebheinfo.az”-a açıqlamasında ABŞ və İran arasında bu gün keçirilməsi planlaşdırılan görüşün baş tutmaması ilə bağlı danışarkən Milli Cəbhə Partiyası sədrinin müşaviri, politoloq Elşən Manafov deyib. O bildirib ki, tərəflər arasında bəzi məsələlərə fərqli yanaşmalar, geosiyasi məzmunlu proseslərə isə kəskin fərqli mövqelərdən çıxış etməklə bağlıdır: 

“ABŞ Hörmüz boğazında daşınmaların beynəlxalq hüquqa əsasən tam sərbəst həyata keçirilməsinin tərəfdarı olmasına baxmayaraq, İran özünün suverenliyi və təhlükəsizliyi ilə bağlı məsələlərdən çıxış edərək boğaz üzərində nəzarət hüququnun olması faktının təsdiqini tələb edir. 

Boğazda yükdaşınmalardan gömrük rüsumlarının yığılmasında sərbəst olacağını bildirir və bu hüququn beynəlxalq birlik tərəfindən tanınmasında israrlıdır”. 

Elşən Manafov vurğulayıb ki, İran dondurulmuş aktivlərin qaytarılmasını və sanksiyaların ləğvini tələb edir, ABŞ isə bunun yalnız qismən mümkün olduğunu bildirir: 

"İran ona məxsus olub vaxtilə Qərb bankları tərəfindən dondurulmuş əmanətlərin geri qaytarılmasını, həmçinin beynəlxalq birlik tərəfindən illərdir tətbiq edilmiş sanksiyaların ləğvini tələb edir. 

ABŞ isə ona qarşı tətbiq olunan sanksiyaların yalnız birtərəfli qaydada ləğv edilə biləcəyini, BMT və MAQATE tərəfindən İrana qarşı uzun illər tətbiq olunan sanksiyaların aradan qaldırılması üçün səlahiyyətlərinin çatmadığını bildirir. Halbuki bu sanksiyaların əksəriyyəti məhz ABŞ-nin təşəbbüsü ilə qəbul olunmuşdur". 

Politoloqun sözlərinə görə, İranın nüvə proqramı ətrafında da tərəflərin razılığa gəlməməsi danışıqların nəticəsiz qalmasına gətirib çıxarıb: 

"ABŞ İrandan nüvə çalışmalarına 20 illik moratoriumun qoyulmasını, İranın zənginləşdirilmiş uran ehtiyatlarının ABŞ-yə və ya üçüncü bir tərəfə ötürülməsini tələb edir. İran isə atom enerjisindən dinc məqsədlərlə istifadə hüququnun tanınması mövqeyindən çıxış edir və zənginləşdirilmiş uranı təhvil vermək fikrindən uzaqdır". 

O bildirib ki, tərəflər arasında razılaşmanı ciddi şəkildə əngəlləyən tərəflərdən biri İsraildir: 

"İsrail ABŞ və İran arasında Livanın suverenliyi və təhlükəsizliyi ilə bağlı əldə olunmuş razılaşmaya əməl edəcəyinə dair heç bir öhdəlik götürmür və danışıqların getdiyi bir şəraitdə Livanın paytaxtı Beyruta zərbələr endirməsi göstərir ki, İsrail eskalasiyanın davam etməsində və gərginliyin yüksələn xətlə artmasında maraqlıdır". 

Elşən Manafov qeyd edib ki, ABŞ-nin İranın tələbini qəbul etməsi regionda Vaşinqtonun nüfuzuna ciddi zərbə vura bilər: 

"İranın ABŞ hərbi bazalarının Körfəz ölkələrindən çıxarılması ilə bağlı rəsmi Tehranın tələbləri də danışıqlarda anlaşmanı əngəlləyən amillərdən biri olmuşdur. 

Bəllidir ki, ABŞ-nin bu şərti qəbul etməsi onun Yaxın Şərqdə nüfuzuna ciddi xələl gətirməklə təsir dairəsinin daralmasına, İsrail və ərəb ölkələri ilə münasibətlərdə ABŞ-nin həyati maraqlarına cavab verməyən mənzərənin yaranmasına gətirib çıxara bilər". 

Əfsanə Rəcəb 
"Cebheinfo.az"

Açar sözlər: İran-ABŞ Elşən Manafov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 İyun 2026 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see502

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see401

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see391

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see268

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see266

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see261

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see256

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see252

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see238

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see234

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see226

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see223

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see212

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see203

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see195

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see191

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see186

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see179

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri