Ançelotti ilə Peres arasında ulduz futbolçuya görə gərginlik Anlaşa bilmədilər
Metbuat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İspaniya Superkubokunun final matçında "Barselona"ya 5-2 hesablı məğlubiyyətdən sonra "Real Madrid"də gərginlik davam edir.
Metbuat.az xəbər verir ki, məşqçi Karlo Ançelotti mövsümün fasiləsində rəhbərlikdən transfer həyata keçirilməsini tələb edib. İspaniyanın “Onda Cero” radiosunda yayımlanan xəbərə görə, rəhbərlik Ançelottinin tələbini rədd edib. İddia edilir ki, buna qədər rəhbərlik mövsümün fasiləsində bir neçə futbolçunun transferini nəzərdən keçirirdi. Məlumata görə, “Real Madrid” mövsümün fasiləsində etmək istədiyi bütün transferlərdən, o cümlədən Trent Alexander-Arnolddan imtina edib. Bildirilib ki, prezident Florentino Peres diqqəti komandanın gənc oyunçularına yönəltməyi irəli sürüb.
Xəbərdə deyilir ki, Karlo Ançelotti mövsümün fasiləsində istefaya göndərilə biləcəyi üçün rəhbərlik onun tələblərini təxirə salıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 20 Yanvar 2025 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















