Icma.az
close
up
RU
Niyə beynimiz baş verməmiş hadisələri uydurur?

Niyə beynimiz baş verməmiş hadisələri uydurur?

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

"Heç olubmu ki, dostunuzla beş il əvvəl bir məclisdə şirəni kimin dağıtdığı barədə mübahisə edəsiniz, hər ikiniz isə tam əmin olasınız ki, haqlısınız? Xoş gəldiniz yalançı xatirələr dünyasına!.."

Beynimiz heyrətamiz bir hekayəçidir, amma bəzən o, hadisələri gözəlləşdirir və hətta heç baş verməmiş hekayələr uydurur.

Moderator.az xəbər verir ki, bu barədə "habr.com" nəşri yazıb.

Məqalədə bunun necə mümkün olduğu araşdırılır, yalançı xatirələrin necə formalaşdığı izah edilir.

Beynimiz yaddaşı foto və ya video kimi dəyişməz şəkildə saxlamır. Əksinə, hər dəfə nəyisə xatırlayanda, həmin xatirəni yenidən formalaşdırır. Bu proses zamanı bəzi detallar dəyişdirilə, hətta tamamilə yalançı xatirələr meydana gələ bilər.

Yalançı xatirələr nədir?

Yalançı xatirələr ya heç vaxt baş verməmiş hadisələr haqqında yaddaşımızın yaratdığı uydurma "xatirələrdir", ya da real hadisələrin zamanla təhrif olunmuş versiyalarıdır. 

Maraqlısı budur ki, insan bu xatirələrə tamamilə inanır, onların təfərrüatlarını- səsləri, qoxuları, hətta hadisə zamanı keçirdiyi hissləri belə xatırlaya bilər.

Beyin yaddaşı necə dəyişdirir?

Məlumat manipulyasiyası: 

Sonradan alınan yanlış məlumatlar mövcud xatirəni dəyişdirə bilər. Məsələn, kiminsə sizə bir hadisəni fərqli şəkildə izah etməsi, sizin də həmin hadisəni bu yeni versiyada "xatırlamağınıza" səbəb ola bilər.

Xəyal və yuxular:

Tez-tez xəyal edilən və ya yuxuda görülən hadisələr gerçək xatirələrə çevrilə bilər. İnsan bəzən yuxu ilə reallığı ayırd edə bilmir.

Təkrarlanan hekayələr: 

Dəfələrlə danışılan və ya başqalarından eşidilən hadisələr yaddaşda zamanla həqiqət kimi möhkəmlənir. Nəticədə insan həmin hadisəni sanki öz başına gəlibmiş kimi qəbul edir.

Emosiyalar və inanclar:

İnsan yaddaşını öz inanclarına və emosional vəziyyətinə uyğun şəkildə yenidən formalaşdıra bilər. Yəni, hadisənin yadda qalan detallarını fərqli şəkildə dəyişdirə və uyğun gəlməyən detallarını tamamilə unuda bilər.

Elmi sübutlar

Psixoloq Elizabet Loftusun apardığı tədqiqatlar göstərir ki, təkcə sualın verilmə tərzi belə yaddaşa təsir edə bilər. Məsələn, bir avtomobil qəzası ilə bağlı şahidlərə "Maşınlar bir-birinə necə çırpıldı?" sualı verildikdə, onlar hadisəni daha yumşaq təsvir edir. 

Lakin eyni hadisəyə "Maşınlar bir-birini necə vurdu?" sualı verildikdə, şahidlər sürətin daha yüksək olduğunu düşünür və hətta olmayan detallar (məsələn, sınmış şüşələr) "yada düşür". Bu tədqiqat yaddaşın nə qədər asan manipulyasiya oluna biləcəyini sübut edir.

Kütləvi yalançı xatirələr və Mandel effekti

Bəzən bütöv qruplar eyni yanlış xatirəni formalaşdırır. Bu fenomen "Mandel effekti" kimi tanınır. Məsələn, çoxları "Ulduz müharibələri" filmində Dart Veyderin "Lük, mən sənin atanam" dediyini düşünür. Halbuki, əsl sitat "Yox, mən sənin atanam" şəklindədir.

Yalançı xatirələrin təsiri

Şəxsi münasibətlərdə- insanlar keçmiş hadisələri fərqli şəkildə xatırladığı üçün mübahisələr və anlaşılmazlıqlar yarana bilər.

Qərarlara təsir edə bilər- məsələn, bir insan keçmişdə müəyyən bir qidadan zəhərləndiyini səhv xatırlayaraq, həmin yeməyi ömrü boyu yeməkdən imtina edə bilər.

Hüquq sistemində- şahidlərin yanlış xatirələri bəzən günahsız insanların həbs olunmasına səbəb ola bilər.

Beləliklə, beynimiz həqiqətləri sadəcə qeydə almır, onları daim yenidən yazır və dəyişdirir. Bunun fərqində olmaq yaddaşımıza daha tənqidi yanaşmağa və mübahisələrdə daha anlayışlı olmağa kömək edə bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:218
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 Mart 2025 23:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see576

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see238

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see225

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see213

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see209

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see203

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see202

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see196

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see190

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see189

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see180

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see178

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see177

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see174

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see173

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see171

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see171

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see170

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see169

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri