Icma.az
close
up
RU
Niyə bəzən sevilən iş də bezdirə bilər? Mütəxəssis səbəbləri açıqladı

Niyə bəzən sevilən iş də bezdirə bilər? Mütəxəssis səbəbləri açıqladı

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Ölkə.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı HR mütəxəssisi Zuliya Loikova "Regnum"a müsahibəsində danışıb.

Ekspertin sözlərinə görə, hətta sevilən iş də eyni tipli tapşırıqlardan ibarət rutinə çevrilərsə, insanı qıcıqlandırmağa başlaya bilər. İşə marağın itməsi kollektivdə gərgin münasibətlərin formalaşması ilə də bağlı ola bilər.

"Həmçinin uzun müddət məzuniyyətə çıxmamaq, həddindən artıq yorğunluq və normadan artıq işləmək də təsir edir. Ola bilsin ki, insan həm öz işini, həm də həmkarlarının işini görür, nəticədə onda inciklik və əsəbilik toplanır", - deyə Loikova bildirib.

Əvvəllər sevdiyi işə marağını itirən əməkdaşlara ekspert A4 formatlı vərəqi iki sütuna bölməyi tövsiyə edib. Sol tərəfdə obyektiv faktlar ("Mən gündə 12 saat işləyirəm"), sağ tərəfdə isə emosional reaksiyalar ("Mənə elə gəlir ki, məni istismar edirlər") yazılmalıdır. Bu üsul reallığı şəxsi yozumlardan ayırmağa kömək edir.

"Bundan sonra hazırda nəyi dəyişməyin mümkün olduğunu düşünmək lazımdır. Məsələn, rəhbərlə danışmaq olar. Ola bilsin ki, sizi başqa layihəyə keçirsin və ya iş yükünü azaltsın. Əsas odur ki, vəziyyətə necə təsir edə biləcəyinizi anlayasınız", - deyə Loikova əlavə edib.

Mütəxəssisin sözlərinə görə, xüsusilə insan həddindən artıq yüklənibsə, ödənişsiz əlavə tapşırıqlara "yox" deməyi öyrənmək lazımdır. İş vaxtını şəxsi vaxtdan ayırmaq, işdən kənar vaxtda iş poçtunu yoxlamamaq və işi evə aparmamaq tövsiyə olunur.

"İş yerini optimallaşdırın: diqqəti yayındıran əşyaları yığışdırın, rahatlıq yaradan elementlər əlavə edin. İşə gedən marşrutu dəyişmək və ya masanın yerini dəyişmək belə insana yeni stimul verə bilər", - deyə Loikova yekunlaşdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://olke.az
archiveBu xəbər 13 İyul 2026 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see423

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see415

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see291

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see272

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see261

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see254

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see252

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see249

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see246

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see231

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see219

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see213

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see211

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see206

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see205

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see202

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri