Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Niyə ərzağa getdikcə çox pul xərcləyirik? RƏYLƏR

Niyə ərzağa getdikcə çox pul xərcləyirik? RƏYLƏR

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Bu ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 14,6 milyard manatlıq, o cümlədən 8,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6,5 milyard manatlıq qeyri-ərzaq malları satılmışdır.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.Bildirilib ki, 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,7 faiz, qeyri-ərzaq malları üzrə 6,3 faiz artmışdır.

2025-ci ilin yanvar-mart aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,0 faizi ərzaq məhsullarının, 4,6 faizi içkilər və tütün məmulatlarının, 14,9 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,9 faizi avtomobil benzini və dizel yanacağının, 4,4 faizi elektrik malları və mebellərin, 2,3 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,6 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.

Hesabat dövründə qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,8 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,8 faizini təşkil etmişdir.2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 2025-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 8,1 faiz, fərdi sahibkarlar üzrə 1,4 faiz, bazar və yarmarkalarda isə 3,5 faiz artmışdır.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 475,3 manatlıq, o cümlədən 264,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 211,0 manatlıq qeyri-ərzaq malları almışdır. Maraqlıdır, bu artım nəyin hesabınadır? Əhalinin alıcılıq qabiliyyəti artır, yoxsa qiymətlər yüksəldiyi üçün daha çox pul xərclənir?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında İqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, dünyada belə bir yanaşma var ki, əgər əhali öz gəlirlərinin 20 faizindən çoxunu ərzaq məhsullarına xərcləyirsə, bu, həmin şəxslərin az gəlirli təbəqəyə aid olduğunu göstərir:

"Azərbaycanda isə vəziyyət fərqlidir, statistika göstərir ki, insanların aylıq xərclərinin yarısı, bəzən daha çoxu məhz ərzaq məhsullarına yönəlir. Bu isə o deməkdir ki, əhalinin böyük bir hissəsi aşağı gəlirli təbəqəyə daxildir".

Ekspert  hesab edir ki, ərzaq məhsullarının bahalaşması bu vəziyyətə təsirsiz ötüşmür:

"Rəsmi məlumatlara əsasən, 2025-ci ilin ilk aylarında ərzaq inflyasiyası 6 faiz civarındadır. Yəni qiymətlər artır, gəlirlər artsa belə, bu artım qiymət bahalaşması ilə paralel getdiyi üçün insanlar real olaraq daha çox xərcləməyə məcbur qalır.Nəticədə vətəndaşlar ailə büdcələrinin əhəmiyyətli hissəsini yalnız gündəlik ərzaq ehtiyaclarına yönəldirlər. Bu isə iqtisadi baxımdan heç də müsbət göstərici sayılmır və ölkədə sosial bərabərsizliklə bağlı ciddi suallar doğurur".İqtisadçı-ekspert Xalid Kərimli isə qeyd edib ki, ərzaq xərclərinin yüksək payı istehlak vərdişləri ilə izah olunmur:

"Burada əsas səbəb nə insanların yeməyə olan xüsusi həvəsi, nə də vərdişləridir. Əsas səbəb həm ərzaq məhsullarında qiymət artımları, həm də əhalinin gəlir səviyyəsinin aşağı olmasıdır, yəni kasıblıqdır.İnsanların gəliri az olanda, ilk növbədə qarın doyurmaq ön plana keçir. Heç kim əvvəlcə geyim, avtomobil və ya texnika almağı düşünmür, əsas məsələ gündəlik ərzaq təminatıdır".Ekspert qeyd edib ki, dünya üzrə ölkələrin sosial-iqtisadi vəziyyətini təhlil edərkən istifadə olunan mühüm göstəricilərdən biri də ərzaq xərclərinin ümumi istehlak xərclərindəki payıdır:

“Bu göstərici birbaşa olaraq əhalinin rifah səviyyəsini əks etdirir. Əgər bu pay yüksəkdirsə, deməli, əhali gəlir baxımından aşağı vəziyyətdədir. İnkişaf etmiş ölkələrdə bu rəqəm adətən 20-25 faiz arasında dəyişir. Yəni insanlar gəlirlərinin cəmi beşdə birini qidaya xərcləyir, qalan hissəsini isə geyimə, mənzilə, təhsilə, istirahətə yönəldə bilirlər.Azərbaycanda isə vəziyyət fərqlidir. Rəsmi statistikaya görə, əhalinin xərclərinin yarıdan çoxu ərzağa gedir. Bu isə insanların sadəcə çox yeməsi ilə yox, daha çox kasıb olması ilə bağlıdır. Yəni ərzağa daha çox pul xərcləməyimiz bizim sosial-iqtisadi vəziyyətimizin yaxşı olmasından deyil, əksinə, real gəlirlərin aşağı olmasından xəbər verir.

Məsələn, əgər bir insan ayda 1000 manat qazanır və bunun 700 manatını ərzağa xərcləyirsə, bu, onun ümumi xərclərinin 70 faizidir. Amma əgər o eyni insan ayda 10 000 manat qazansa və 1 500 manatını ərzağa versə, bu artıq cəmi 15 faiz edir.Gəlir artdıqca ərzağın xərclərdəki payı azalır və insanlar digər sahələrə də rahatlıqla pul xərcləyə bilir. Bu baxımdan, ərzaq xərclərinin strukturda yüksək paya malik olması, əhalinin sosial durumunun zəif olduğunu açıq şəkildə göstərir".

Səbinə Uğur
"Cebheinfo.az"

Açar sözlər: ərzaq pul xərc Natiq Cəfərli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Aprel 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see491

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see292

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see282

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see214

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see213

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see213

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see210

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see205

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see200

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see200

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see200

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see199

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see197

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see196

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see196

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see193

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see193

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see192

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see192

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri