Icma.az
close
up
RU
Niyə hamı əsəbləşib? Xidmət sektorunda partlayan gərginlik

Niyə hamı əsəbləşib? Xidmət sektorunda partlayan gərginlik

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son illər Azərbaycanda xidmət sektorunda müşahidə olunan gərginlik artıq təsadüfi hadisələr səviyyəsindən çıxaraq sistemli problemə çevrilməkdədir. Avtobus sürücüləri ilə sərnişinlər arasında mübahisələr, taksi sürücülərinin aqressiv davranışları, restoran və iaşə obyektlərində ofisiantların, eləcə də qeydiyyat və müştəri xidməti sahəsində çalışan işçilərin sərt ünsiyyəti cəmiyyətin gündəlik həyatının adi mənzərəsinə çevrilib.

Xidmət sektoru cəmiyyətin ən həssas sahələrindən biridir, çünki burada insan-insan təması birbaşa və intensivdir. Avtobusda ödəniş üstündə yaranan dava, taksidə marşrut və qiymət mübahisəsi, restoranda kobud cavab alan müştəri bunların hər biri tək-tək götürüldükdə fərdi davranış problemi kimi görünə bilər. Lakin bu hallar kütləvi xarakter aldıqda artıq sosial simptomdan danışmaq lazım gəlir.

Sosial şəbəkələrdə yayılan videolar və şikayətlər göstərir ki, aqressiya həm xidmət göstərən tərəfdən, həm də xidmət alanlardan qaynaqlanır. Bu isə problemin təkcə “pis işçi” və ya “səbrsiz müştəri” ilə izah edilə bilməyəcəyini göstərir.

Əsas səbəblərdən biri iqtisadi faktorlardır. Xidmət sektorunda çalışanların böyük əksəriyyəti aşağı və ya qeyri-sabit gəlirlə işləyir. Uzun iş saatları, sosial təminatın zəifliyi, bəzi hallarda qeyri-rəsmi məşğulluq işçilərdə xroniki stress yaradır. Bu stress zamanla aqressiv davranışa çevrilir.

Digər tərəfdən, əhalinin ümumi alıcılıq qabiliyyətinin azalması, gündəlik xərclərin artması sərnişin və müştəriləri də daha gərgin edir. Beləliklə, stresli işçi ilə stresli vətəndaş üz-üzə gəlir və konflikt qaçılmaz olur.

Azərbaycanda xidmət sektorunda kadr hazırlığı problemi də ciddi rol oynayır. Bir çox hallarda sürücü, ofisiant və ya müştəri xidməti əməkdaşı bu sahəyə peşə seçimi kimi deyil, məcburiyyətdən gəlir. Ünsiyyət bacarıqları, konfliktlərin idarə edilməsi, etik davranış qaydaları üzrə sistemli təlimlər ya yoxdur, ya da formal xarakter daşıyır.

Nəticədə işçi hər hansı narazılıqla üzləşəndə bunu peşəkar formada deyil, şəxsi hücum kimi qəbul edir və emosional reaksiya verir. PXidmət sektorunda nəzarət mexanizmlərinin zəifliyi də vəziyyəti ağırlaşdırır. Şikayət sistemlərinin effektli işləməməsi, real sanksiyaların nadir hallarda tətbiq olunması işçilərdə məsuliyyətsizlik hissi yaradır. Eyni zamanda, bəzi müəssisələr işçini müştəri qarşısında tam müdafiəsiz buraxır, bu da işçinin özünü aqressiya ilə “qorumağa” çalışmasına səbəb olur. Bu tendensiya sistemli tədbirlər görülmədiyi təqdirdə uzun müddət davam edə bilər. Aqressiya sosial yoluxucu xarakter daşıyır. İnsanlar kobudluğa öyrəşdikcə onu normal davranış modeli kimi qəbul edirlər. Bu isə xidmət sektorunun keyfiyyətinin daha da aşağı düşməsinə, ümumi ictimai münasibətlərin sərtləşməsinə gətirib çıxarır.

Leyla Mirzə, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 06 Fevral 2026 22:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see502

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see401

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see391

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see268

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see266

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see261

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see256

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see252

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see238

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see234

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see226

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see223

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see212

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see203

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see195

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see191

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see186

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see179

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri