Icma.az
close
up
RU
Siyasətçilərin şeir yazması cəmiyyətdə niyə qıcıq yaradır? SORĞU

Siyasətçilərin şeir yazması cəmiyyətdə niyə qıcıq yaradır? SORĞU

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Ömrünün 15 ilə yaxınını həbsxana divarları arasında keçirən sabiq səhiyyə naziri, akademik Əli İnsanovun şeirlər kitabı çap olunub. 

Sabiq nazirin müəllifi olduğu şeirlər həbsxana illərində qələmə alınıb.

Olduqca kədərli notlar üzərində yazılan kitabın adı “Mənim ömür yarpaqlarım”dır.

Sözügedən kitabın çapı geniş müzakirələrə səbəb olub. Belə ki, bəzi insanlar düşünür ki, siyasətçilər şeir yaza bilməzlər. Hətta onların "öz işləri ilə məşğul olmasını" tövsiyə edəndən də tapılır. Bəs nəyə görə siyasətçilərin şeir yazması cəmiyyətdə qıcıq yaradır?


Bu mövzu ətrafında tanınmış ictimai xadimlərin fikirlərini öyrəndik. 


"Sherg.az" sorğunu təqdim edir:



Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğu bildirib ki, hər kəs şeir yaza bilər:


"Lakin şeirin poetik keyfiyyətləri tamam ayrı mövzudur. Mən Əli İnsanovun şeirlərini oxumamışam. Ona görə də fikir bildirmirəm. Ümumiyyətlə siyasətçilər, qeyri-siyasətçilər və ya təmizlik işləri ilə məşğul olan hər kəsin yaradıcılıq fəaliyyəti azaddır. Yazılan şeirdən xoşu gəlməyənlər bunu biruzə verməyə bəhanə tapmayanda deyir ki, siyasətçi niyə şeir yazmalıdır? Halbuki müəllifin şəxsi keyfiyyətinə, peşə xüsusiyyətinə baxmadan onun bədii düşüncəli məhsuluna dəyər verilməlidir. 1000 il bundan əvvəl yaşayan Nizami Gəncəvinin cəmiyyətdə hansı mövqeyə sahibliyi, ailədə necə atalıq etməsi və s. mənim nə işimə qalıb? Bunun nə mənası var ki? Sadəcə onun "Xəmsə"sini oxuyaraq deyə bilərəm ki, necə dahiyanə poeziya nümunəsidir".


Millət vəkili Fazil Mustafanın fikrincə, burada qəbahət yoxdur:


"Siyasətçi insan deyil? O, yaradıcı ola bilməz? Siyasətçi şeir yazar, kitab çap etdirər, hətta istəsə qiraətlə də məşğul olar. Hər hansı peşə sahibi üçün konstitusiyada qanun qoyulmayıb ki, şeir yazmasın. Siyasətçinin şeir yazmasında hüquq pozuntusu və ya mənəvi məhdudiyyət yoxdur ki, qıcıq doğrusun".


Xalq şairi Vahid Əziz məsələ ilə bağlı məlumatı olmadığını bildirib:


"Mən kitabı oxumamışam. Bilmirəm, xəbərim yoxdur".


Yazıçı, publisist Ulucay Akif deyib ki,  Sitat çəkməyi heç vaxt sevmir, amma bu hadisə bir fikri yadına salıb:


"Deyəsən, Viktor Hüqonun sözü idi: "16 yaşında hamı şeir yazır". Əli İnsanovun şeir yazmağa cəhd etməsində də təəccüblü nəsə yoxdur. İnsandır da. Hamı nəsə yaza bilər. Yazdığına isə nə qədər şeir, hekayə, ya roman demək olar, bu tamam ayrı məsələdir. Bizdə nəşriyyat sistemi olmadığı və bütün nəşriyyatlar mətbəə kimi fəaliyyət göstərdiyi üçün hamı kitab da çap edə bilər. Puluna minnət. Bu da başqa problemdir, amma dəfələrlə də olsa, deməliyik. Ancaq dediyim kimi, kiminsə nəsə yazmağında heç bir qəbahət ya ayıb iş yoxdur. Hamı özünü necəsə ifadə etməyə çalışır. Yazılanların hansının həqiqi şeir, hansının isə şeir olmadığını bilənlər biləcək onsuz da. Bilməyənlərə nəsə deməyə nə hacət.

Yadıma atam Akif Səmədin bir sözü də düşdü. Gənclərdən biri Akif Səməd olan tədbirdə şeirini səsləndirir. Şeir zəif olur, xeyli tənqid edilir. Akif Səməd deyir kiç "nə işiniz var, şeir yazır da, adam öldürmür ki".


Yazıçı Şərif Ağayar qeyd edib ki, Əli İnsanov daxil olmaqla hamının yaradıcılıqla məşğul olmaq haqqı var:


"Həm də Qərbi Azərbaycanlılarda genetik şairlik qabiliyyəti var. Uğurlar arzu edirəm. Yazsın, oxuyaq".



“Ədalət” qəzetinin təsisçisi, yazıçı-jurnalist Aqil Abbas isə siyasətçilərin şeir yazmasının cəmiyyətdə niyə qıcıq yaratdığını bilmədiyini vurğulayıb:


"İnsan hər bir yaşında şeir yaza bilər. Müəllifin yaşı, peşəsi yox, əsərin bədii keyfiyyəti müzakirə edilməlidir. Keçmiş dövrdə şahlar, imperatorlar, sultanların əksəriyyəti şeir yazıblar. Onlar siyasətçi deyildi?! İnsan içindəki duyğunu, sevgini siyasətlə izah edə bilmədiyi üçün şeir yaza bilər. Burada qeyri-adi nəsə yoxdur". 


Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru, Mətbuat şurasının sədri Rəşad Məcid deyib ki, biz də Yazıçılar Birliyində və "525-ci qəzet"də uzun müddət şeirlər çap etmişik:


"Dəfələrlə olub ki, keçmiş məmurlar, vəzifəli şəxslər şeirlərinin çap olunmasını istəyiblər. Burada qəbahət yoxdur. Şeir yazmaq, öz hiss və duyğularını sözlərlə ifadə etmək təbii bir hissdir. Heç kimi bundan məhrum etmək olmaz".


Yazar Kəramət Böyükçöl hadisənin onun üçün maraqsız olduğunu söyləyib:


"Nə münasibət bildirim e mən buna"?!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Aprel 2025 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see221

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see175

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see175

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see171

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see157

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see146

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see144

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see140

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see132

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see129

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri