Icma.az
close
up
RU
Niyə nazirlər sosial şəbəkələrdə canlı yayım etmir? Zülfiyyə Mustafayeva yazır

Niyə nazirlər sosial şəbəkələrdə canlı yayım etmir? Zülfiyyə Mustafayeva yazır

Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Zülfiyyə Mustafayeva

***

Bu saat 17 min nəfərdən yuxarı adam sosial platforma üzərindən oturub Baboşla Ləmanın lülə kabab yeməyinə baxır. Onlara atılan hədiyyələrin minimal qiymətini təxmini hesablayıram, ən ucuzunu pula çevirəndə 10 manat edir. Camaat durmadan hədiyyə göndərir. Hələ arada kiminləsə yarışa girdilər, qalib gəldilər. Orada da nə qədər pul tökdü camaat.

Qışın günü, bəlkə çoxunun evdə istiliyi, bəlkə heç yeməyi də yoxdu. Baboşla Ləmansa danışır, otaqda gəzişir, elə oturduğu yerdə də pul qazanırlar. 17 min adam bu saat oturub onları izləyir. Desəm ki, camaata özgənin həyatı, evi, qeybəti maraqlıdı, ona görə baxır, düz deyil. Çünki digər canlı açanları da nəzərdən keçirdim indi, biri müğənni, biri musiqiçi, hətta yüngül həyat tərzi olanlar - yenə də Baboşa çata bilmir.

Bir uşaq gözümə dəydi, canlı kanallardan birində, qəşəng piano çalırdı, 7 nəfər baxırdı ona, onlar da yəqin ailə üzvləridi. Həkim gördüm, camaat bir-iki sual verib çəkildi. Baboşa çata bilmirlər, yəni.

Bizim yazıların anonsunu Baboşamı desək, daha çox adam oxuyar, - deyə beynimə gic-gic düşüncələr gəlir. Qınamayın məni.

Sosial şəbəkədəki hesabıma yerləşdiyim videoya 100 min baxış, 1000-ə yaxın şərh gələndən sonra bu fukirlərə düşmüşəm. Baboşla Ləman ciddi kontent olmasa da, orada bir auditoriya var, onu demək istəyirəm. O auditoriya ki, onların da diqqətinə hansısa faydalı məlumatı çatdırmaq istəyirsən. Hazır camaat bir yerə yığışıbsa, heç olmasa, avara-avara oturmasınlar orada, faydalansınlar bu xəbərlərdən, deyirəm öz-özümə.

Neyləyək? Çevik ünsiyyət vasitəsi olduğuna görə sosial şəbəkənin əleyhinə çıxmağı da heç ağlıma gətirmirəm. Sivil ölkəyik, sosial şəbəkəni niyə məhdudlaşdıraq və ya ləğv edək ki? Əksinə, özümüzə faydalı formaya çevirək. Başa düşürəm, çətindi. Camaat standart heç nə istəmir, ya özünü gicliyə qoymalısan, ya soyunmalısan, ya söyməlisən. Marketinqdi həyat. Hamı alır, satır. 

Bəzi tanınmış adamların, məsələn, jurnalistlərin canlı yayımında yaxşı auditoriya olur. Çox sevinirəm onda.

O gün deputat Ceyhun Məmmədovu gördüm. 1000 nəfərdən yuxarı adam var idi canlı yayımında. Az qala yarıdan çoxu öz seçiciləri idi. Bir xeyli oturdu canlıda: suallara cavab verdi, qeydlər götürdü. Çox maraqlı gəldi mənə. Təzəlikcə bir necə tanış deputatın seçiciləriylə görüşlərində iştirak üçün dəvət almışdım. Uzaqbaşı nə qədər adam gələ bilər ki belə görüşlərə? Hava da soyuq. Camaat işində, gücündə, bir parça çörəyinin arxasıyca qaçır. Nə deyib yığıb gətirəsən? Düzdü, deputata deyiləsi dərd-sər var. Xeyli oturdum o xanım deputatla. Hətta təəssüfləndim. Başqa vaxt deyirsiniz ki, deputat seçiləndən sonra çıxıb gedir, öz seçiciləri ilə maraqlanmır. Gələnlər də oturub gözləyir saatlarla.

Ceyhun Məmmədovun o günki canlısını görəndən sonra düşünürəm: əcəba, yeni dünyada, yeni texnologiya əsrində məmurlar, vəzifə sahibləri niyə canlı ünsiyyəti onlayn platforma üzərindən etməsinlər? Camaat süni intellektlə o gün Messini Ponaldo ilə öpüşdürüb ikisini də “üzdəniraq” edib. Bizsə gedib otururuq məmurların qəbul otağında, “elçi daşı”nın üstündə, dərdimizi deməyə gün axtarırıq. İndi məmur öz kabinetində canlı yayım edib, hətta sənədləri də canlı, onlayn yükləyib ala bilməzmi?

Mətbuat konfransı, imtahan belə keçirilir onlayn platforma üzərindən. Biz pandemiya vaxtı onlayn dərs oxumuş, iclas keçirmiş adamlarıq. Mən onlayn seminarlardan 20 sertifikat almışam son 2 ildə.

Deməyim odu ki, qoy Baboş kabab yesin, hansısa biri oynasın, bir başqası oxusun, məmurlar, deputatlar, vəzifə sahibləri də xalqla ünsiyyət vasitəsinə çevirsin sosial şəbəkələri.

Ceyhun Məmmədov yaxşı nümunə göstərir həmkarlarına. Bunu nazirdən tutmuş icra başçısına kimi, bütün vəzifə adamlarından gözləyirik.

Mia.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://mia.az
archiveBu xəbər 24 Fevral 2025 00:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri