Icma.az
close
up
RU
Niyə pula qənaət edə bilmirsən?

Niyə pula qənaət edə bilmirsən?

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Son dövrlərdə qiymətlərin artması və ümumi yaşayış xərclərinin yüksəlməsi insanların gündəlik həyatına ciddi təsir göstərir.

Ərzaq, kirayə, nəqliyyat və digər əsas ehtiyaclar əvvəlki illərlə müqayisədə daha baha başa gəlir. Bu isə bir çox ailənin büdcəsində ciddi gərginlik yaradır. 

“Cebheinfo.az”-ın araşdırmasına əsasən, minimum əməkhaqqı və orta gəlir səviyyəsi isə çox vaxt bu xərcləri tam qarşılamağa kifayət etmir.

Buna görə də insanlar ayı ancaq əsas ehtiyaclarını ödəməklə başa vururlar və yığım etmək demək olar ki, mümkün olmur.

Belə bir vəziyyətdə maaş çox vaxt yalnız kirayə, yemək və gündəlik xərclərə çatır. Ayın sonunda heç bir qənaət və ehtiyat pul qalmır. 

Amma həyat hər zaman planlı getmir. Gözlənilməz xərclər, məsələn, evdə məişət əşyasının xarab olması, qəfil tibbi ehtiyacın yaranması və ya digər təcili vəziyyətlər insanları çətin vəziyyətə salır.

Belə anlarda insanlar çıxış yolu kimi ya yaxınlarından borc alır, ya da bank və maliyyə qurumlarına müraciət edərək kredit götürməli olurlar. Buna görə də kredit çox vaxt planlı seçim deyil, məcburiyyətdən yaranan bir ehtiyaca çevrilir.

Zamanla kredit artıq yalnız çətin anlarda istifadə olunan vasitə kimi yox, gündəlik həyatın bir hissəsi kimi qəbul olunmağa başlayıb.

Bəzi hallarda insanlar kreditə hətta bir fürsət kimi də baxırlar. Məsələn, ailələr toy, nişan və ya digər böyük mərasimlər üçün kredit götürür və sonradan bu borcu qismən toydan gələn pullarla bağlamağa çalışırlar.

Amma real vəziyyət hər zaman planlandığı kimi getmir. Gəlir gözlənilən qədər olmur və nəticədə kredit əlavə maliyyə yükünə çevrilir.

Bəs insanlar niyə pula qənaət edə bilmir? 

Bunun bir neçə əsas səbəbi var. İlk növbədə, gəlirlərin xərcləri tam qarşılamaması mühüm rol oynayır. Bir çox ailə qazandığı pulu yalnız gündəlik ehtiyaclara yönəldir və ayın sonunda yığım üçün heç bir vəsait qalmır.

Bundan başqa, maliyyə planlaması vərdişlərinin zəif olması da vəziyyəti ağırlaşdırır. İnsanlar çox vaxt gəlirlərini əvvəlcədən bölüşdürmək, xərcləri planlamaq və ehtiyat fondu yaratmaq kimi vərdişlərə əməl etmirlər.

Bu vəziyyətə sosial amillər də güclü təsir göstərir. Cəmiyyət içində toylar, bayramlar və müxtəlif mərasimlər çox vaxt real imkanlardan daha yüksək xərclərlə keçirilir. İnsanlar “geri qalmamaq”, “başqaları kimi etmək” düşüncəsi ilə imkanlarını aşan xərclərə girirlər.

Nəticədə isə əlavə pul ehtiyacı yaranır və bu boşluq çox vaxt kreditlə doldurulur. Digər tərəfdən, kreditlərin asan və sürətli şəkildə əldə olunması da borclanmanı artıran əsas səbəblərdən biridir. İnsanlar rahatlıqla kredit götürə bildikləri üçün bu, daha tez-tez istifadə olunan maliyyə alətinə çevrilir.

Bütün bunlarla yanaşı, insanların düşüncə tərzi də vacib rol oynayır. Çoxları gələcək üçün plan qurmaq və pul yığmaq əvəzinə, daha çox indiki dövrdə rahat yaşamağa üstünlük verir. Qənaət isə həm səbir, həm də intizam tələb edir. Bu vərdiş isə hər kəsdə formalaşmır.

Kreditin gündəlik həyatda bu qədər geniş yayılması və qənaətin çətinləşməsi tək bir səbəbdən deyil. Burada həm qiymətlərin artması, həm gəlirlərin az olması, həm də insanların pul idarə etmə vərdişlərinin zəifliyi rol oynayır.

Əgər gəlir xərclərə çatmırsa və düzgün planlama yoxdursa, insanlar məcbur qalıb kreditə üz tutur, qənaət isə getdikcə daha da çətinləşir.

Gülər Həsənli
“Cebheinfo.az”

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Aprel 2026 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see595

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see532

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see267

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see264

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see255

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see252

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see235

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see226

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see225

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see225

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see180

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see176

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see173

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri