Icma.az
close
up
RU
Maliyyə sabitliyinin sirləri: Niyə insanlar pula qənaət edə bilmir?

Maliyyə sabitliyinin sirləri: Niyə insanlar pula qənaət edə bilmir?

Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.

İnsanların pul yığa bilməməsinin əsas səbəbi şəxsi maliyyəyə sistemli yanaşmanın olmamasıdır. Bəs maliyyə sabitliyi üçün ən vacib qaydalar hansılardır?  Gəlin ən vacibindən başlayaq. Yığım etmək istəyirsinizsə  bu prosesinə, gəlirləriniz əsas xərcləri — kommunal xidmətlər, ərzaq, nəqliyyat və digər vacib ehtiyacları ödədikdən sonra başlamaq lazımdır. Bəs insanlar nə üçün  pula qənaət edə bilmir?

AZXEBER.COM xəbər verir ki, BBN.az-ın "Maliyyə savadlılığı” rubrikasında suallarımızı Marketinq ekspert qrupunun eksperti Çingiz  M. Əsədov cavablandırır:

Çingiz müəllim xoş gördük. Bu gün maliyyə savadlılığından danışacayıq. Təbii ki, maliyyə savadı olan insan gəlirindən qənaət etməyi də bacarmalıdır. Sizcə qənaət etmək çətindirmi?

- Çoxları düşünür ki, qənaət etmək çətindir, amma problem pulun azlığında yox, planın olmamasındadır. İnsan nə qədər qazanırsa-qazansın, izləmədiyi xərclər sanki su kimi axıb gedir. Biz bəzən "indi yaşamaq” adı ilə gələcəyi unuduruq, halbuki sabitlik elə bu gün atılan kiçik addımlardan başlayır. Benjamin Franklin demişdi: "Kiçik xərclərdən qorxun – kiçik sızıntılar böyük gəmiləri batırır.” Qənaət məhrumiyyət deyil, düzgün seçim vərdişidir.

Bəs, yığımın ən vacib qaydası hansıdır?

- Yığımın əsas qaydası çox sadə, amma həyati bir prinsipdir — "öncə özünə ödə”. Yəni gəlir əldə edən kimi bir hissəsini yığıma ayır, qalanla yaşa. Çoxları bunu tərsinə edir və artıq qalandan yığmağa çalışır, amma artıq adətən qalmır. Kiçik, amma mütəmadi yığım zamanla böyük nəticə verir. Yığmaq sadəcə pul saxlamaq deyil, gələcəyə güvən hissi yaratmaqdır. Qənaət, əslində, pulun deyil, zamanın düzgün idarəsidir — çünki hər yığılmış manat sabahın azadlığına çevrilir.

Bəs yığımın qarşısını alan, insanlara bu işdə maneə oan amillər hansılardır? İlk növbədə impulsiv xərclər yığımın qarşısını alan əsas amillərdən biridir. Çox vaxt insanlar pul xərcləməkdə emosiyaların təsiri altına düşür, ehtiyacdan çox əhval-ruhiyyəni yaxşılaşdırmaq və ya vərdiş nəticəsində alış-veriş edirlər. Planlı və vəsaiti olan alışlar məqbuldur, lakin impulsiv xərclərin səbəbini anlamaq vacibdir. Bizimlə razısınızmı?

- Tamamilə doğrudur.  Yığıma ən çox emosiyalar və bəhanələr mane olur. "Az qazanıram”, "yaşamaq lazımdır”, "hələ tezdir” kimi fikirlər bizi dayandırır. Həm də mühit də təsir edir — reklamlar, sosial şəbəkələr, başqaları ilə müqayisə bizi daha çox xərcləməyə sövq edir. Napoleon Hill demişdi: "İnsan zəngin olmağa əvvəl düşüncəsində qərar verir.” Yığımın sirri çox qazanmaqda deyil, az olanda da planlı davranmağı bacarmaqdadır.

Təbii ki, yığım prosesində şəxsi büdcə aparmaq da vacibdir. "Gözlənilməz xərclər — texnika və ya avtomobilin sıradan çıxması — həmişə mümkündür. Buna görə ‘təhlükəsizlik yastığı’ yaratmaq vacibdir. Amma çox insan gəlir və xərclərini yazmır, bu da maliyyənin idarə olunmasını çətinləşdirir. Büdcəni xüsusi tətbiqlər, Excel və ya sadə dəftər vasitəsilə aparmaq olar. Xərclərin optimallaşdırılması da maliyyə savadlılığının mühüm hissəsidir. Məhsullar arasında qiymət və keyfiyyət nisbətini müqayisə etmək, tanınmış brendə görə boşuna pul xərcləməmək lazımdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 07 Oktyabr 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see176

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see172

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see163

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see157

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see153

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see146

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see145

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see143

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see141

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see133

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see130

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see130

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri