Icma.az
close
up
RU
Niyə stress saç tökülməsinə səbəb olur və nə etmək lazımdır?

Niyə stress saç tökülməsinə səbəb olur və nə etmək lazımdır?

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gözəl və sağlam saçlar insan orqanizmində daxili sistemlərin balansda olmasının göstəricisidir. Çox vaxt saçların vəziyyəti sağlamlıqla bağlı problemlər haqqında digər orqanlardan daha tez siqnal verir. Erkən yaşda saçları ağaran məşhur qadınların nümunəsi saçlara qulluq mövzusunu təkcə gündəlik söhbətlərin deyil, elmi araşdırmaların da əsas mövzularından birinə çevirib. Məlumdur ki, saçların ağarması yalnız yaşlanma prosesi ilə deyil, eyni zamanda stresslə də sıx bağlıdır.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, Harvard Universitetinin Kök Hüceyrələr və Regenerativ Biologiya kafedrasının alimlərinin apardığı araşdırma göstərib ki, güclü stress saçların ağarmasına səbəb ola bilər.

Mütəxəssislərin fikrincə, saçların tez və erkən ağarması stressin, eləcə də mədə-bağırsaq sistemi ilə bağlı problemlərin əlaməti ola bilər.

Əgər stressli bir vəziyyətdən 2–3 ay sonra saç tökülməsi başlayırsa, bu, post-stress saç tökülməsi hesab olunur. Belə hallarda saçlar çox vaxt 3–4 ay ərzində heç bir müdaxilə olmadan yenidən bərpa olunur. Lakin saç tökülməsi 6 aydan artıq davam edərsə, bu artıq xroniki forma keçid göstəricisi ola bilər. Bu zaman orqanizmin daxili vəziyyətinin qiymətləndirilməsi üçün trixoloqa müraciət etmək tövsiyə olunur.

Stress birbaşa olaraq ayrı-ayrı saç tellərinin rəngini dəyişməsə də, “telogen saç tökülməsi” adlanan ümumi bir vəziyyəti tətikləyə bilər. Bu halda güclü və uzunmüddətli stressdən sonra saçlar adi haldan təxminən üç dəfə daha sürətlə tökülməyə başlayır.

Saç sağlamlığından danışarkən məsələyə kompleks yanaşmaq vacibdir. Buraya baş dərisinə düzgün qulluq, saç tellərinin qorunması və balanslı qidalanma daxildir.

Xüsusilə zülallarla zəngin qidalanma saçların sağlam böyüməsində həlledici rol oynayır. Orqanizmin normal fəaliyyəti üçün bütün vacib maddələrin qida vasitəsilə qəbul edilməsi əsas şərtlərdən biridir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://lent.az
archiveBu xəbər 16 Dekabr 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see363

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see340

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see279

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see273

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see270

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see269

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see263

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see256

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see253

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see249

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see241

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see238

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see236

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see235

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see228

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see224

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see208

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri