Icma.az
close
up
RU
Niyə Tramp İrana zərbəni təxirə saldı? ŞƏRH KONKRET

Niyə Tramp İrana zərbəni təxirə saldı? ŞƏRH KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Donald Trampın İrana qarşı hərbi əməliyyatlara hazırlığı təxirə salmaq, əslində isə dondurmaq qərarı bir çox analitiklərin fikrincə tərəddüdün və ya taktiki fasilənin deyil, soyuq və praqmatik strateji hesablamanın nəticəsidir. Bu hesablamada hərbi arqumentlər siyasi, iqtisadi və daxili siyasi risklərin qarşısında geri plana keçib.

Bu mənada Trampın məntiqi onu ya “qərarsız”, ya da “həddindən artıq sərt” kimi təqdim etməyə çalışan həm tənqidçilərindən, həm də tərəfdarlarından daha realist və hətta bir qədər sinik görünür.

Əsas amil sırf hərbi gücün məhdud imkanlarının düzgün qiymətləndirilməsi olub. Tramp Pentaqonun və kəşfiyyat qurumlarının hesabatlarına əsaslanaraq belə qənaətə gəlib ki, yüksək dəqiqlikli silahlarla, infrastruktur obyektlərinə endirilən genişmiqyaslı hava zərbələri belə İranda davamlı siyasi nəticəyə, yəni rejim dəyişikliyinə gətirib çıxara bilməz. İraq, Liviya və Suriya təcrübəsi göstərib ki, aviasiya obyektləri dağıda bilər, lakin siyasi sistemləri sındırmır, bəzi hallarda isə cəmiyyəti hakimiyyət ətrafında daha da birləşdirir.

İran nümunəsində risk daha yüksəkdir. Son həftələrdə ölkəni bürüyən və İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən sərt şəkildə yatırılan kütləvi etirazlar fonunda xarici hərbi zərbə ayətullaların xeyrinə işləyə, onları “xarici təcavüzə qarşı müdafiəçilər” kimi təqdim edə bilərdi. Tramp anlayır ki, İran rejiminin real aşınması yalnız daxildən – iqtisadi təzyiq, sosial tükənmə və legitimlik böhranı vasitəsilə mümkündür, Amerika raketləri ilə yox.

İkinci mühüm səbəb nəzarətsiz regional eskalasiya qorxusu olub. İrana istənilən zərbə demək olar ki, avtomatik olaraq zəncirvari reaksiyanı işə salır: Livan, Suriya, İraq və Yəməndəki proksi qüvvələr vasitəsilə cavab addımları, İsrailə zərbələr, ABŞ bazalarına hücumlar və Fars körfəzində gəmiçiliyin təhlükə altına düşməsi. Ağ Ev üçün bu, ABŞ-ın konkret məqsədləri, vaxt çərçivəsi və çıxış strategiyası olmayan genişmiqyaslı regional müharibəyə sürüklənməsi deməkdir. Halbuki Tramp siyasi kimliyini məhz Yaxın Şərqdə “sonsuz müharibələrdən” imtina vədinin üzərində qurub. Bu vədin pozulması onun “Amerikanı evə qaytaran” lider obrazına ciddi zərbə vurardı və elektoratı qarşısında əsas arqumentlərindən birini əlindən alardı.

Tramp risklərin iqtisadi ölçüsünü də son dərəcə sərt şəkildə nəzərə alıb. İranla müharibə demək olar ki, qaçılmaz olaraq neft qiymətlərinin kəskin artımına, maliyyə bazarlarında qeyri-sabitliyə və fond indekslərinin düşməsinə səbəb olardı. ABŞ prezidenti üçün iqtisadiyyat və fond bazarı siyasi legitimliyin əsas sütunlarıdır. Daxildə iqtisadi göstəricilərin pisləşməsi təkcə siyasi mübarizənin fonu yox, Tramp administrasiyasına inam böhranının katalizatoruna çevrilə bilərdi.

Üçüncü və bəlkə də həlledici amil ABŞ-ın daxili siyasəti olub. Konqresə aralıq seçkiləri ərəfəsində Tramp yaxşı anlayır ki, Nümayəndələr Palatasında çoxluğun itirilməsi demokratlara impiçment proseduruna yol açacaq. İstənilən irimiqyaslı böhran – istər hərbi, istərsə də iqtisadi – tərəddüd edən seçicilərin mövqeyini dəyişə və müxalifəti səfərbər edə bilər. Bu kontekstdə İrana zərbə güc nümayişi yox, siyasi intihara bərabər görünür. Tramp “sərt lider” imicinə müvəqqəti zərbə ilə hakimiyyətin real itirilməsi riski arasında seçim edirdi.

Və birincini seçdi.

Maraqlıdır ki, bu məntiq çərçivəsində Tramp Barak Obama ilə müqayisə olunmaq qorxusunu da ikinci plana keçirir. Obama “qırmızı xətləri” bəyan edib onları hərəkətlə təsdiqləməməkdə tənqid olunurdu. Tramp üçün isə belə müqayisələr həlledici deyil. Onun hesablamasına görə, imic itkisini aqressiv media strategiyası, yeni iqtisadi təşəbbüslər və ya diplomatik addımlarla kompensasiya etmək mümkündür. Lakin impiçment və hakimiyyətin itirilməsi geri dönüşü olmayan nöqtədir.

Nəticə etibarilə, İrana zərbənin təxirə salınması Tramp üçün əsas prioriteti açıq şəkildə göstərir: onun üçün hakimiyyətin təhlükəsizliyi xarici siyasətdə sərt obrazın nümayişindən daha vacibdir. O, qərarsızlıq ittihamlarına dözməyə hazırdır, amma siyasi varlığını risk altına qoymağa yox. Məhz buna görə də İran istiqaməti Tramp üçün hələlik hərbi eskalasiya deyil, təzyiq, sanksiyalar və gözləmə zonası olaraq qalır – ən azı risklər idarəolunan, daxili siyasi qiymət isə qəbulolunan görünənədək.

Natiq Səlim,
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://konkret.az
archiveBu xəbər 18 Yanvar 2026 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see368

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see366

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see327

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see317

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see317

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see316

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see300

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see299

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see292

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see258

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see242

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see241

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see236

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see232

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see223

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see193

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see193

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see191

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see176

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri