Avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınmasından əldə olunan gəlirlər artıb
Icma.az bildirir, Avtosfer portalına istinadən.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınmasından 1,698 milyard manat gəlir əldə edib.
Avtosfer.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 103 milyon manat və ya 6,5% artım deməkdir.
Hesabat dövründə avtomobil nəqliyyatı ilə yüklərin daşınmasından əldə edilən gəlirlər 725,732 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,4% çoxdur.
Eyni zamanda dövr ərzində avtomobil nəqliyyatı ilə sərnişin daşımalarından əldə olunan gəlir isə 971,916 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 6,5% çoxdur.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda avtomobil nəqliyyatı ilə 108,916 milyon ton yük (6,2% çox) və 1,392 milyard sərnişin (6,3% çox) daşınıb.
Baxış sayı:90
Bu xəbər 06 Dekabr 2025 23:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















