Icma.az
close
up
RU
Niyə uşağın qəzəblənməsinə mane olmamalısınız: 7 yaşdan basdırılmış aqressiya

Niyə uşağın qəzəblənməsinə mane olmamalısınız: 7 yaşdan basdırılmış aqressiya

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Valideynlər tez-tez övladlarının “heç vaxt əsəbləşmədiyi” ilə fəxr edirlər. Lakin bu zahiri itaətkarlığın arxasında çox vaxt təhlükəli bir vərdiş gizlənir emosiyaları boğmaq.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, psixoloqlar xəbərdarlıq edirlər: uşaqlıqda qəzəbi qadağan etmək, böyüklük dövründə xroniki gərginliyə çevrilir. Boğulan aqressiya yox olmur, yığılır və illər sonra təşviş, depressiya və ya psixosomatik xəstəliklər kimi geri qayıdır.

Qəzəblənməyə icazə verilməyən uşaq, hissləri ifadə etməyi deyil, gizlətməyi öyrənir. Nəticədə o, açıq dialoq aparmaq və özünü dürüst ifadə etmək bacarığını itirir. Məktəb illərində bu, ya qapalılıq, ya da qəfil emosional partlamalarla özünü göstərir. Emosiyalar çıxış yolu axtarır və nə qədər uzun toplanırsa, nəticə bir o qədər dağıdıcı olur.

30 yaşa çatanda belə insanlar çox vaxt münasibətlərdə çətinliklə üzləşirlər. Onlar konfliktləri müzakirə etməyi bacarmır ya susurlar, ya da partlayırlar. Psixoloqlar bunu “gecikmiş aqressiya” adlandırırlar. O, situasiyada yox, illər sonra üzə çıxır və insan artıq bu qəzəbin haradan gəldiyini anlamır.

Qəzəbi qadağan etmək sağlam özünəqiymətin formalaşmasına da mane olur. Uşaq emosiyalarını “pis” hesab etməyə başlayır və onlar üçün utanır. Belə ailədə böyüyən yetkin insan çox vaxt öz sərhədlərini qorumaqdan çəkinir. “Pis görünməmək” üçün özündən artıq yük götürür.

Psixoloqlar valideynlərə məsləhət görürlər

Uşağa qəzəbi qadağan etməyin, onu idarə etməyi öyrədin. Uşaq bilməlidir: qəzəblənmək olar, ancaq bunu sözlə ifadə etmək vacibdir - hərəkətlə yox.

Birlikdə ifadə etmək faydalıdır: “Sən əsəbləşmisən, çünki…” Bu, uşağın emosiyanın səbəbini anlamasına və onunla necə başa çıxacağını tapmasına kömək edir.

Qəzəb sərhədlərin pozulduğuna bir siqnaldır. Əgər bu siqnalı görməzdən gəlsəniz, insan nə istədiyini və onun üçün nə vacib olduğunu anlamaz hala gəlir. Uşaqlıqda qəzəbi qadağan edilən böyüklər çox vaxt başqaları üçün “rahat”, amma özləri üçün bədbəxt olurlar.

Psixoloqlar vurğulayırlar: qəzəb düşmən deyil, vasitədir. O, özünü qorumağa və dürüst münasibətlər qurmağa kömək edir. Məhz buna görə uşağın qəzəblənməsinə icazə vermək vacibdir. Bu, xarakteri dağıtmır əksinə, onu daha güclü və dayanıqlı edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://lent.az
archiveBu xəbər 28 Oktyabr 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri